Yuxarı

O bədbəxt qız indi UNESKO-nun səfiridir - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

1972-ci il iyunun 8-də Nik Ut adlı fotoqraf tərəfindən çəkilən ürəkağrıdan fotoda viranə qalmış bir kəndin sakinlərinin yaşadıqları acılar əks etdirilib.

Çəkilən şəklin sayəsində kəndin yaşadıqları acılar dünya səviyyəsində hər tərəfə yayılıb. Şəkildə gördüyünüz qaçan qızın paltarları bomba partlaması nəticəsində cırıq-cırıq olub. Paltarsız qalan qız həyatı ilə mübarizə aparamağı bacarıb. O, hər şeyə rəğmən ağır müharibədən sağ qurtulub. Hər şey bitdikdən sonra o, müharibənin onda buraxdığı yanıq izlərindən qurtulmaq üçün nə az, nə çox, 17 dəfə dəri nəqli əməliyyatı keçirib. Hətta həkimlər onun yaşayacağına inanmasalar da, o, iki ildən sonra tam sağlam şəkildə həmin dəhşətin yaşandığı kəndə qayıdıb.

Bəs fotoda çılğın göz yaşları ilə, əliyalın qaçan qızın kim olduğunu bilirsinizmi?

O, 1963-cü ildə, Vyetnamın Sayqo şəhərinin şimalında bir kənddə dünyaya gələn adi qız usağı idi. Hələ uşaq vaxtı keçirdiyi müharibə acıları onda vətənpərvərlik ruhunun formalaşmasına səbəb olmuşdu.

ABŞ döyüş təyyarələrinin atdığı bombalara baxmayaraq, xoşbəxt uşaqlardan biri idi. Bu məsum qızın iki qardaşı bombalamadan sonra diri-diri yanaraq ölmüşdü. Hələ uşaq ikən bu cür faciə ilə qarşılaşan balaca qızcığaz bombalamadan sağ çıxmağı bacararaq, müharibənin simvoluna çevrilib.

Fotoqraf: "Çox pis görünürdü, öləcəyini düşünürdüm"

"O gün, bir çox fotoşəkil çəkmişdim və qəsəbədən ayrılmaq üzrəydim. Tam o sırada iki təyyarə gördüm. Hər iki təyyarə dörd dənə "napalm" bombası atdı. Beş dəqiqə sonra kömək qışqırıqları ilə insanlar qaçmağa başladılar. Həmin qızcığaz məni gördüyü an "mənə su verin, yanıram, qovruluram,"- deyə qışqırmağa başladı. Vəziyyəti çox ağır idi, öləcəyini düşünürdüm.

Qeyd edək ki, fotoda müharibənin dəhşətindən qaçan balaca qızcığaz hazırda iki övlad anasıdır, UNESKO-nun səfiridir. Kim Puc müharibə haqda danışarkən belə demişdi:

"Mən Napalm atəşindən qaçan kiçik qızdım. Döyüşdən danışmaq istəmirəm, çünki tarixi dəyişdirmək olmaz. Sizdən yalnız döyüşün faciəsini xatırlamanızı və bununla dünyada baş verən döyüşləri, insanların bir-birlərini öldürmələrini dayandırmaq üçün nə isə etməyinizi istəyirəm".

Tarix
2013.11.23 / 19:30
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla