Yuxarı

Zaqatalada öldürülən şəxs barədə ilginc məlumat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 24-də Zaqatala rayonunda baş verən silahlı insident zamanı həlak olanlardan biri haqqında ilginc məlumat yayılıb.

"Axar.az" "Aznews.az"a istinadən xəbər verir ki, ilginc məlumat Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində, yolun kənarında 99 FG 128 dövlət nömrə nişanlı, "Hyundai" markalı maşına avtomatdan atəş açılması zamanı ölənlərdən biri - Bakı şəhər sakini Vüqar Natiq oğlu Rəcəbov barədədir.

Bakı şəhəri, Q.Qarayev prospekti 2517 (məlum səbəblərdən mənzilin ünvanını yazmırıq) ünvanında yaşayan V.Rəcəbovu qonşular MTN əməkdaşı kimi tanıyıblar.

Əslən Lənkərandan olan, sözügedən ünvanda həyat yoldaşının ailəsi ilə bərabər yaşayan mərhum iki qız atası olub. V.Rəcəbovun qayınatası Yusif Abdullayevin uzun müddət Polis Akademiyasında dekan olduğu bildirilir.

Hazırda təqaüddə olan Y.Abdullayevin qonşularla söhbətində kürəkəni V.Rəcəbovun Rusiyada hüquq-mühafizə orqanlarında işə düzələcəyi barədə danışdığı da xəbər verilir. Gələcəklə bağlı müxtəlif planlarının olduğunu deyən Y.Abdullayev hadisə baş verən gün, daha dəqiqi, dünən axşam müstəntiqlər tərəfindən dindirilib.

Müstəntiqlər həmin ünvana gələrək Y.Abdullayevdən izahat alıblar. Bütün bunlar hadisə ilə bağlı kifayət qədər qaranlıq məqamların olduğunu göstərir.

Mərhum V.Rəcəbov bu gün Xırdalan qəbiristanlığında dəfn olunacaq.

Tarix
2013.11.25 / 14:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla