Yuxarı

Politoloqlar Maydana fərqli baxır - Şərh

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 21-i Nazirlər Kabineti Ukrayna və AB arasında Assosiativ sazişin imzalanmasına hazırlıq prosesini dayandıran sərəncamdan sonra ukraynalılar ardı-arası kəsilməyən mitinqlərə start veriblər. Tələb Avropa Birliyi ilə Assosiativ sazişi imzalamaqdan imtina edən hökumətə təzyiq etmək və qərarı dəyişməkdir.

"Bu aksiyalar nə vəd edir" sualına yerli və beynəlxalq ekspertlər necə cavab verir?

"Maydan" bizə də təsir edəcək

"Axar.az"a Ukraynadakı etiraz aksiyalarını şərh edən Hikmət Hacızadə bildirdi ki, aksiyalar öz bəhrəsini bu gün verməsə də, ümumiyyətlə gedişata təsir edəcək: "Mütləq deyil ki, aksiya həmən günü, həmən hadisəyə təsir edib nəyisə köklü şəkildə dəyişsin, ancaq gələcəkdə yenə danışıqlar olanda xalqın etirazı nəzərə alınacaq".

Aksiyaların qonşu dövlətlər, eləcə də, Azərbaycana mənəvi təsir göstərəcəyini də qeyd edən H.Hacızadə bildirdi ki, ölkəmiz Avropaya Assosiativ üzvlük oyununda hələ də iştirak etmir: "Ancaq biz də Avropanı istəyirik və bu məsələ mütləq gündəmə gələcək".

Heç bir böyük dəyişiklik olmayacaq

Rus ekspertlərin məsələ ilə bağlı açıqlamalarında isə bildirilir ki, dövlətin qərarından narazı olan 50 minə yaxın aksiya iştirakçısı 2004-cü ildə olduğu kimi Ukrayna cəmiyyətində böyük dəyişikliklərə səbəb olmayacaq. Onların fikrincə, indiki Maydan daxili siyası mübarizənin bir alətidir və güclü xarici amil yoxdur.

Ekspertlər tezliklə mitinq iştirakçılarının dağılışacağını bildirib.

Əlavə edək ki, rus politoloqların bu yanaşmasında həm də dövləti maraqların dayandığı istisna edilmir.

Tarix
2013.11.25 / 15:48
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla