Yuxarı

Sabir Rüstəmxanlı: “Gözümüzü tüstü bürüyüb“

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"AMEA-nın prezidentinin Şamaxı rəsədxanası ilə bağlı qaldırdığı məsələ son dərəcə ağrılıdır".


Bunu "Modern.az"a açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı deyib. Onun sözlərinə görə, Şamaxı rəsədxanasının elmin inkişafında müstəsna xidmətləri var.

"Şamaxı rəsədxanasını qorumaq Azərbaycanın mühüm bir elm sahəsinin inkişafı üçün yol açmağın bir yoludur. Astronomiya elmi inkişaf edir, Azərbaycan kosmik respublikadır. Ölkədə kosmosla bağlı elm sahəsinə ciddi fikir verilir. Artıq öz peykimizi buraxmışıq. Gələcəkdə bu sahə daha da inkişaf etdiriləcək. Kosmos təkcə ulduzlara raket göndərmək üçün deyil. Kosmos yeri öyrənmək üçündür".

S. Rüstəmxanlı özünün "Sunami" romanında bu məsələyə illər öncə toxunduğunu deyir. "O romanımda yazmışam ki, bu rəsədxana insanın göyə baxan gözüdür. Biz insanlar havada, bu boyda kainatda qum dənəsiyik. Ətrafımızda, dünyada nələr baş verirsə, onu görməliyik. Şamaxı rəsədxanası bizim görən gözümüzdür, amma onun böyür-başına o qədər istirahət yerləri tikilib ki, o gözü tüstü ilə bürüyüblər. Romanda da var ki, hətta kosmos da fantastik bir şeydir. Kosmosdan gələn birisi deyir ki, baxın görün kainatda nələr baş verir. Ona görə də Akademiya prezidentin fikrini müdafiə edirəm".

Qeyd edək ki, AMEA-nın prezidenti Akif Əlizadə Şamaxı rəsədxanasının yaxınlığında tikintilərə qadağa qoyulması üçün Prezident Administrasiyasına müraciət edib.

Tarix
2013.11.25 / 16:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla