Yuxarı

“Türkiyədə minlərlə sənədsiz azərbaycanlı uşaq yaşayır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan sənədsiz uşaqların çoxu Naxçıvan Muxtar Respublikasının sakinlərinin birgə nikahından doğulan uşaqlardır.

Bu məlumatı Movqe.az-a açıqlamasında Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova verib. M. Əzizova bildirib ki, bu barədə Mərkəzə Türkiyədəki Qeyri Hökumət Təşkilatlarının rəhbərləri məlumat veriblər: "Bizə daxil olan məlumatlara görə, son illər Türkiyəyə işləmək üçün üz tutanların arasında Naxçıvan MR-nın sakinlərinin sayı kəskin artıb.

Onlar bu ölkədə əsasən tikinti sahəsində çalışırlar. Naxçıvandan Türkiyəyə işləməyə gedənlərin sayı çox olduğundan, bu ölkədə doğulan uşaqların da sayı kəskin artıb. Onlar Naxçıvana qeyri-leqal yolla getdiklərindən Türkiyədə doğulan uşaqlarına sənəd ala bilmirlər.

Son məlumatlara görə, Türkiyədə minlərlə sənədsiz azərbaycanlı uşaq yaşayır. Hazırda Türkiyədəki QHT-lər həmin uşaqları siyahıya almaq istiqamətində işlər aparırlar. Siyahıya alınmaya azərbaycanlıları yaşadıqları məhəllələrdən başlanılıb".

Tarix
2013.11.25 / 17:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla