Yuxarı

Ziyad Səmədzadə Zahid Qaralova sərt cavab verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq millət vəkili Zahid Qaralovun mətbuatda mənim barəmdə dedikləri tamamilə yerində və həqiqətəuyğun olmayan fikirlərdir.

"Axar.az"ın xəbərinə görə, bunu Gün.Az-a açıqlamasında parlamentin İqtisadi siyasət komitəsinin sədri, 1991-93-cü illərdə bir müddət birinci vitse-spiker və vitse-premyer vəzifələrində işləmiş Ziyad Səmədzadə Yeni Azərbaycan Partiyasının (YAP) tanınmış simalarından olan sabiq millət vəkili Zahid Qaralovun mətbuatda onun ünvanına səsləndirdiyi ittihamlara münasibətini bildirərkən dilə gətirib.

"...Heydər Əliyevi də Naxçıvana buraxmırdılar, onunla bütün əlaqələrimizi kəsmişdilər. Ziyad Səmədzadənin o vaxt yüksək vəzifəsi var idi, indi də bu adam Milli Məclisdə komitə sədridir" - deyən Z.Qaralov mətbuata məlum açıqlamasında sözlərinə onu da əlavə edib ki, Z.Səmədzadə o dövrdə onlara yalandan deyibmiş ki, Heydər Əliyev kabinetində yoxdur, telefonlar da işləmir.

"Amma biz sonradan Heydər Əliyevlə görüşəndə dedi ki, mən səhərədək öz kabinetimdə oturmuşam və telefonlar da işləyirdi. Bu adam o dövrdə bizi və Heydər Əliyevi aldadıb..." - deyə, Z.Qaralov daha sonra bildirib.

Bizimlə söhbətində isə Z.Səmədzadə bir daha Z.Qaralovun ittihamlarının əsassız olduğunu qeyd edərək, əslində adıçəkilən şəxsin ona qarşı hücumlarının arxasında başqa məqamların dayandığını söyləyib:

"Əvvəla, Zahid Qaralovun bəhs etdiyi məsələnin üstündən düz 21 il ötür. Qeyd edim ki, bu haqda da mərhum ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş və AzTV-də dəfələrlə yayımlanmış müxtəlif sənədli filmlərdə də söhbət açılıb.

Həmçinin, bu məsələ haqda YAP-ın yaradıcılarından olan millət vəkili Eldar İbrahimovun mətbuatda dəfələrlə açıqlamaları olub.

Eyni zamanda, haradasa təxminən 15-18 il öncə mərhum millət vəkili Samur Novruzovun "Azərbaycan" qəzetində geniş yazısı gedib və orada bir daha məlum məsələ ilə bağlı həqiqətin əslində necə olduğu əksini tapıb.

Bir daha təkrar edirəm ki, 1992-ci ilin mayında Ali Sovet sədrinin birinci müavini vəzifəsində işləyərkən parlamentin sədri vəzifəsinə təklif olunan mərhum Heydər Əliyevlə telefon əlaqəsi yaratmaq üçün mənim kabinetimdə millət vəkillərindən Eldar İbrahimov, Arif Rəhimzadə, Samur Novruzov, həmçinin, Arif Hacılı, Pənah Hüseyn olublar. Mən az qala o zaman Arif Hacılı və Pənah Hüseynlə də əlbəyaxa olacaqdım, çünki onlar heç cür imkan vermək istəmirdilər ki, Heydər Əliyevlə əlaqə yaradılsın və sair.

Yəni, həmin adamlar da, digərləri də məsələnin mahiyyətindən xəbərdardırlar.

Odur ki, bu məsələnin üstündən düz 21 il keçəndən sonra indi onun ahıl yaşlı bir adam tərəfindən əsassız şəkildə gündəmə gətirilməsini mən təəssüf və təəccüblə qarşılayıram.

Düzünü desəm, mən həmin müsahibəni oxumamışam, sadəcə, mənə dünən axşam deyiblər ki, haqqımda bu cür fikirlər gedib. Mən bir daha qeyd edirəm ki, bunlar başdan-ayağa ağ yalanlardır. Əslində isə bu məsələnin, yəni, həmin adamın mənə qarşı ittihamlarının kökündə başqa məqamlar, parlament seçkilərində mənə uduzmağı dayanır".

Z.Səmədzadənin bildirdiyinə görə, vəzifə insana hörmət gətirmir, insana hörmət gətirən onun illərlə cəmiyyətdə qazandığı nüfuzudur:

"Hamı da yaxşı bilir ki, mən gecəmi-gündüzümü xalqıma, dövlətimə, dövlətçiliyimizə, ölkəmizin iqtisadiyyatına, iqtisadi inkişafına xidmətə həsr etmişəm.

Bildiyiniz kimi, 2005-ci ilin parlamentin seçkilərində Səbail rayonundan namizədliyimi vermişdim, o zaman da heç bir vəzifəm yoxuydu, sadəcə, ictimai əsaslarla fəaliyyət göstərən Müstəqil İqtisadçılar Birliyinə sədrlik edir, həmçinin mətbuatda iqtisadiyyatla bağlı elmi yazılar, məqalələrlə çıxış edirdim.

O zaman mənimlə həmin dairədən namizədliyini verənlər arasında Zahid Qaralov da vardı, hansı ki, həmin vaxt o, həm Milli Məclisdə komitə sədri vəzifəsini tuturdu, həm də YAP-ın Səbail rayon təşkilatının sədri vəzifəsində çalışırdı.

Ancaq əlində bu qədər resurslar olmasına baxmayaraq, Zahid Qaralov o zaman seçkilərdə məğlubiyyətə uğradı, yenidən deputat seçilə bilmədi. Heç bir vəzifəm və resursum olmaya-olmaya Zahid Qaralov böyük fərqlə mənə uduzdu.

İndi belə görünür ki, bu adam ahıl yaşında hələ də həmin məğlubiyyətini həzm edə, uduzmağını mənə bağışlaya bilmir. O, birdəfəlik qəbul etməlidir ki, o zaman seçkilərdə böyük fərqlə mənə uduzub və bu məğlubiyyətinin kökündə də insanların ona növbəti dəfə etimad göstərməməsi dayanır.

Əslində məğlubiyyətinin özü də nəticə çıxarmaq üçün bir vasitəsidir, amma görünür, bu adam hələ də düzgün nəticə çıxara, məğlubiyyəti ilə barışa bilmir.

Məni fəaliyyətim Azərbaycan xalqının və dövlətinin qarşısında olub. Kimsə 40 illik fəaliyyətimdə də bir kəlmə belə olsun tapıb ortaya qoya bilməz ki, mən haçansa dövlətimizlə, dövlətçiliyimizlə, ümummilli liderimizlə bağlı yanlış bir söz demiş olum. Bunu heç kim tapa və mənə qarşı da hansısa iddia ilə çıxış edə bilməz.

Mən çox sevinirəm ki, Azərbaycan xalqının, seçicilərinin etimadı ilə yenidən –dalbadal iki dəfə millət vəkili seçilmişəm və ötən 8 il ərzində parlament rəhbərliyinin, millət vəkillərinin razılığı ilə İqtisadi siyasət komitəsinə rəhbərlik edirəm.

Eyni zamanda, bir komitə sədri, bir millət vəkili, bir iqtisadçı alim kimi ölkəmizin iqtisadi inkişafının reallaşdırılmasında, iqtisadi qanunvericiliyin hazırlanmasında, təkmilləşdirilməsində iştirak edirəm. Bir sözlə, mən bu günə kimi dövlətimizə, dövlətçiliyimizə sədaqətlə xidmət etmişəm, edirəm, bundan sonra da edəcəyəm"

Tarix
2013.11.26 / 13:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla