Yuxarı

Polis cinayətkarı həbs etmir – İddia

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan 1996-cı il təvəllüdlü Zaur Ələsgərov bir il əvvəl avtomobil qəzasında ayağından məhrum olub. Lakin onu bu duruma salan sürücü hələ də məsuliyyətə cəlb edilməyib.

"Axar.az"a danışan Zaurun atası Məhəmmədzakir Ələsgərovun sözlərinə görə, oğlu Zaur 2012-ci il noyabrın 23-də Neftçilər prospektində, Kukla Teatrının qarşısındakı yolu keçərkən "Mersedes-Benz E-klass" markalı avtomobil onu vurub: "Sürücü yaralını yolun ortasında qoyaraq dərhal hadisə yerindən uzaqlaşıb. Sonradan xəstəxanaya çatdırılan Zaur Ələsgərov Neyrocərrahiyyə İnstitutunda uzun müddət müalicə aldı. 5 min manatdan artıq pul xərcləmişik. Lakin onun tam sağalmasına lazım olan qədər pulumuz olmadığından müalicəsi yarımçıq qaldı".

Səbail polisi cinayət işi qaldırıb, amma…

Zauru vuran sürücünün tapılıb məsuliyyətə cəlb olunması ilə bağlı polisə müraciət edən M.Ələkbərov günahkarın hələ də üzə çıxarılmadığından şikayətçidir. Belə ki, valideynin ərizəsi əsasında 2013-cü ilin fevral ayının 26-da Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Məlum olub ki, qəzanı törədən "Mersedes-Benz E-klass" markalı 90 HU 310 nömrə nişanlı avtomobili həmin vaxt Nəhmətov Ruslan Tofiq oğlu idarə edib. Lakin maşın Bakıda çalışan türkiyəli iş adamına məxsus olub. Qeyd edək ki, qəzanı törədən şəxs barəsində Cinayət Məcəlləsinin 263.1-ci (az ağır xəsarət yetirmə) maddəsilə cinayət işi başlanılıb və axtarış elan edilib. Maşının sahibi olan türk iş adamının isə başqa bir qanun pozuntusuna yol verdiyinə görə Azərbaycandan deportasiya olunduğu bildirilir. İstintaqın gedişindən narazı qaldığını vurğulayan M.Ələsgərov günahkarın tapılaraq vurduğu zərəri ödəməsini istəyir.

M.Ələsgərov onu da deyib ki, istintaq aparılarkən oğlu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyində müayinədən keçib. Birliyin məhkəmə-tibb ekspertləri Z.Ələsgərovun baş-beyin silkələnməsi ilə müşayət olunan qapalı kəllə-beyin travması, sağ bud sümüyünün yerini dəyişən qapalı sınığı, sol qamış sümüyünün qapalı sınıqları diaqnozu qoyublar. Lakin bu diaqnozlara və vuranın şəxsiyyətinin müəyyənləşməsinə baxmayaraq, polis tədbir görmür.

Ata bildirir ki, günahkarın üzə çıxaraq heç olmasa onun müalicəsinə kömək edəcəyinə ümid bəsləyir.

İstintaq yekunlaşıb, iş məhkəməyə gedir

İstintaqın gedişi və şikayətçinin iddialarına münasibət öyrənmək üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin əməkdaşı, işin istintaqını aparan müstəntiq Mirrəvan Ağayevlə əlaqə saxladıq.

Müstəntiq bildirdi ki, işin istintaqı yekunlaşıb, bir neçə günə qəza tərədən avtomobili etibarnamə ilə idarə edən sürücü Nəhmətov Ruslan Tağı oğlunun məsuliyyətə cəlb olunması üçün iş məhkəməyə təhvil verəcək:

"Burda kiminsə qanundan yayınmasından söhbət gedə bilməz. O ki qaldı zərərçəkənə dəymiş maddi ziyanın ödənməsinə, bu, artıq məhkəmənin qərarından asılı olacaq".

Tarix
2013.11.26 / 20:00
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla