Yuxarı

Davudoğlu: Türkiyə və İran bir gün əl-ələ versə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehranda olan Davudoğlu Orta Şərq Strateji Araşdırmalar İnstitutunda keçirilən konfrans zamanı nüvə müzakirələrində əldə olunan razılaşma ilə əlaqədar Cavad Zərifi təbrik edib.

Müzakirələrdə əldə edilən nəticənin barış və sabitliyin bərpa olunmasında önəmli olduğunu deyən Davudoğlu Türkiyənin də bu razılaşmadan məmnun qaldığını deyib.

Davudoğlu Türkiyənin yerləşdiyi bölgəni gərginlik içində görmək istəmədiyini vurğulayaraq, "Bölgəmizdə heç bir yerdə nüvə silahı görmək istəmirik. Ümid edirik ki, dünyada nüvə silahları tamamilə ortadan qaldırılacaq".

Bir çox problemin yaşandığı Yaxın Şərqlə bağlı fikir bildirən Davudoğlu, "Bu bölgə hamımıza aiddir" deyərək siyasi dialoqa ehtiyac olduğunu bildirib.

Məhərrəm ayında İraqda şiələrin sıx yaşadığı bölgələrə səfər etdiyini xatırladan Davudoğlu deyib: "İndi birləşmə zamanıdır. Əgər problemli məsələlər siyasi dialoqla müzakirə edilsə, güc tətbiq etməyə heç bir ehtiyac qalmayacaq".

Türkiyə Baş Naziri Davudoğlu daha sonra bildirib ki, Türkiyə-İran əlaqələri İkinci Dünya Müharibəsindən sonra müttəfiq halına gələn və Avropa Birliyinin yaradılmasında müstəsna rol oynayan Fransa-Almaniya əlaqələri qədər əhəmiyyətlidir: "Məncə, Türkiyə və İran bir gün əl-ələ verdikləri zaman bu, yalnız ikisinə faydalı olmaqla qalmayacaq, regional sabitliyin onurğa sütunu olacaq",- dedi.

Tarix
2013.11.27 / 15:45
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla