Yuxarı

Süd Yolunda böyük qaz axını tapıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın mətbuatı astronomiya sahəsində baş verən maraqlı bir elmi araşdırmanın təfərrüatını paylaşıb.

Məlumatda bildirilir ki, bir qrup alman astoronomu Süd Yolunda çox böyük qaz axını tapıb. 1600 işıq ili uzunluğunda olan ulduzlararası qaz axınının sürəti 17 km/saniyədir. Onu "Spitser" infraqırmızı kosmik rəsədxanasının köməyi ilə aşkar ediblər.

Araşdırmaçılar qaz axınını bir neçə spektral diapozonda çəkilmiş şəkillərdə aşkar ediblər. Bu spektral diapozonlar 3, 6, 8 və 24 mikrometrdir. Astronomların qiymətləndirməsinə görə, axında olan qazın ümumi çəkisi 100 min Günəş çəkisinə bərabərdir. Bu astronomik tapıntının müəlliflərinin dediyinə görə, müşahidələr, eləcə də "Galactic Ring Survey" layihəsi çərçivəsində radioteleskopların köməyi ilə də aparılıb, bu axının sürəti və konturunu dəqiqləşdirmək mümkün olub.

Mütəxəssislər qaz axını ilə yanaşı eləcə də qaz qovucuğu tapıblar. Ehtimal olunur ki, qaz axınının mənbəyi o ola bilər. Öz işlərində alimlər ehtimal edirlər ki, o Supernova adlı ulduzun partlayışı nəticəsində yaranıb, daha sonra partlayış nəticəsində püskürən maddənin bir hissəsi üfürlmüş şəkildə uzun şleyf yaradıb. Axının uzunluğu ilə sürətini qarşılaşdırıb partlayışın vaxtını təyin etmək olar. Araşdırmaçıların qiymətləndirməsinə görə, bu, təxminən 50 milyon il əvvəl olub.

Astronomlar təstiqləyir ki, Süd Yolunda olan qaz axınları haqda təfərrüatlı məlumatlar yoxdur. Hətta onların nəzərini cəlb edən bu ərazidə başqa istiqamətdə hərəkət edən qaz axınları da olub. Araşdırmaçılar ümid edirlər ki, maddələrin xüsusiyyətlərini təyin etdikdən sonra zamanla qalaktik axınların xəritəsini tərtib etmək mümkün olacaq.

Tarix
2013.10.16 / 10:45
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla