Yuxarı

Səlim Müslümov daha bir şəxsə vəzifə verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr islahatı həyata keçirilib.

"Axar.az" xəbər verir ki, nazir Səlim Müslümovun müvafiq əmrinə əsasən, Oktay İbrahimov Aparat rəhbərinin müavini təyin olunub. O.İbrahimov uzun müddət "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Potensialının Gücləndirilməsi" layihəsinə rəhbərlik edib. 4-5 ay bundan öncə isə DSMF-dəki işindən kanarlaşdırılıb. O. İbrahimovun DSMF-nin keçmiş aparat rəhbəri, hazırda ƏƏSMN-nin aparat rəhbəri olan Əjdər Ola yaxın adam hesab olunur.

Qeyd edək ki, bu S.Müslümovun vaxtilə işdən çıxardığı şəxsi vəzifəyə gətirməsi ilə bağlı ikinci faktdır. Belə ki, bu ayın əvvəlində Müslümov bu ilin may ayında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin direktoru vəzifəsindən azad etdiyi Çingiz Əliyevi Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi təyin edib. Ç.Əliyev də hazırda ƏƏSMN-nin aparat rəhbəri olan Əjdər Ola yaxın adam hesab edilir. İstər C.Əliyevin, istərsə də O.İbrahimovun işdə yol verdiyi qüsurlara görə vaxtilə Fondda tutduqları vəzifədən alındığı iddia olunur./qafqazinfo/

Tarix
2013.11.28 / 16:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla