Yuxarı

Gülyaz Teymur Əmrahın evlilik təklifini rədd etdi…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yüksək dərəcəli vokalist müğənni Gülyanaq Məmmədova ilə söhbətimizdə çox məsələlərə toxunduq və maraqlı cavablar aldıq.

- İfanız türk tamaşaçısını heyran edib. Deyəsən, siz də həmkarlarınıza qoşulub Türkiyə şou-biznesinə qatılmaq istəyirsiniz?

- Əbəs yerə deməyiblər ki, qonşu-qonşuya baxar, canını oda atar. Yox, zarafat edirəm. Mən digər sənətçilərdən fərqli olaraq Türkiyə şou-biznesinə özüm qatılmadım, heç elə fikrim də yox idi. Türkiyədən dəvət aldım. İki tanınmış kanalda TRT xəbər və Kanal 24-də çıxışım oldu. TRT xəbər çıxışımdan sonra Bakıya dönər-dönməz Kanal 24-dən təklif aldım. İfamı çox bəyəndiklərini və öz kanallarında qonaq görməkdən şərəf duyduqlarını söylədilər. Mən də təklifi yüksək qiymətləndirib yenidən qardaş Türkiyəyə yola düşdüm. Ən əsas onu deyim ki, mən başqa müğənnilər kimi gedib orda kanallara pul verib dəvət almıram. Buna görə də mənim üçün bu gözləniləməz təklif şərəf duyacağım bir addım oldu. İnanın ki, ifam zamanı hamısı susub mat-məəttəl baxırdılar. Efirdən sonra pərdəarxası danışıqlar oldu. İnanın ki, onların dili ilə desək, qız səndə nə "qıtlax" var, sən bizi heyran elədin. Azərbaycan deyəndə ancaq Zeynəb Xanlarova düşür bizim yadımıza, vəssalam.

- Niyə, Gülyanaq xanım, bu gün Röya, Aygün və bir çoxları deyirlər ki, biz Türkiyə şou-biznesinə qoşulmuşuq. Bu, yalandır ki?

- Bilmirəm, vallah. O əziyyətlər Azərbaycan şou-biznesi üçündür. Fakt olaraq onların dediyi sözləri deyirəm. Onlar mənə söylədi ki, biz Azərbaycan sənətçisi deyəndə bir tək Zeynəb Xanlarova yadımıza düşür. Təbliğat olunmalıdır ki, biz onları tanıdığımız kimi onlar da bizi tanısınlar. Nəyə görə biz onların ən adi, özlərinin qiymət vermədiyi, saymadığı bir müğənnini gətirib Azərbaycanda şah kimi başda otuzdururuq, yüksək qonorar verib ən gözəl konsert salonlarında ulduz edirik? Bəs niyə onlar bizim ulduzlarımızı tanımasın? Günah yenə də özümüzdədir. Azərbaycanda gözəl ifalar var. Mən "Kəkliy"i canlı ifa etdim, əlləri havada alqışladılar. Biz təbliğimizi gözəl qurmalıyıq. Bu işdə Qənirə Paşayevaya minnətdaram. Mən orda bir neçə Azərbaycan sənətçisinin adını çəkdim ki, onlar sizin şou-biznesə qoşulublar, dedilər ki, biz sizin ifanız kimi ifaları bəyənirik. İstədilər ki, orda qalıb müəllim kimi dərs verim. Amma dedim ki, Azərbaycanda dərs verirəm, gözəl tələbələrim var. Özləri də bildirir ki, pop eşitməkdən bezmişik, daha "türk sanat" eşitmək istəyirik. İki özümüzdən oxuyanda, bir də onlardan oxudum.

- Yeni konsert düşünürsünüz?

- Tələblərimlə dinləyicilərə gözəl bir gün yaşatmaq istəyirik. Amma məşqlərə vaxtım yoxdur. Vaxt azlığından əziyyət çəkirəm. İnşallah, bu aylarda həyata keçirməyi planlaşdırırıq.

- Yeri gəlmişkən, bəs Gülyaz xanım niyə Teymur Əmrahın evlilik təklifini rədd etdi?

- Bilirsiniz, Teymur bizim ailəvi dostumuz, qardaşımızdır. Həm də Gülyazın oğlu özü boydadır, o indən belə ailə qurmaz axı. Mediya hər hadisəni qabardır. Ürəyin kimi sevib, kimi sevməyəcəyini heç kim bilmir. O, qəlbin öz əmridir. Bacım da bu təklifi eşitdi və hörmət edərək "yox, mənim ailə quran yaşım deyil",- deyib, sakitcə bu söhbəti bağladı. Biz yenə də Teymur bəylə dostuq.

- İlhamə Quliyeva bəzi müğənnilərə titul verir. Siz necə, istəmirsinizmi birini də sizə versin?

- Mənə ulu öndərimiz Heydər Əliyev bir fəxri ad verib. İnşallah, davamını İlham Əliyev verər. Dövlətin diqqəti, qayğısı bizə yetir. Prezidentimiz bizi evlə və prezident təqaüdü ilə mükafatlandırıb. Mənim üçün önəmli olan prezidentin verdiyi fəxri adlardır. İlhamə Quliyevaya hörmətim var, amma başqa ada ehtiyacım yoxdur.

- Bu gün yaşlı sənətçilərimiz cavan müğənniləri tənqid edərək gündəmdə şou yaradırlar. Münasibətiniz necədir?

- Gənclərimiz gözəl oxuyur. Pisləri də var. Amma təhqir yox, tənqid edib mədəni şəkildə yol göstərsinlər. Bu nədir axı, dava-dalaş edib illərlə yığdıqları hörməti də gözdən salırlar. Münasibətim əlbəttə ki, pisdir. Yerlərini bilsinlər. Paxıllıq etməklə, söz atmaqla gözdən düşürlər. Həmişə belə olub, belə də olacaq. Gələn gedir, yerini gənclər alır. Gərək səhnədən üzüsulu gedəsən ki, hörmətli olasan. Baxın, Elmira Rəhimovaya. Xanım-xatınlığını neçə qoruyur. Zamanında oxuyub, dəsti xəttini qoyub, çəkilib kənardan cavanları izləyir, yol göstərir. Bu gün bu qalmaqallı işlərə qarışsa, kim onun adını çəkəcəkdi? Heç kim. Bu gün cavanlarla dava edən yaşlı sənətçilər hörmətdən düşür. Amma mən özüm bir sənət adamı kimi daim böyüklərə hörət edirəm, haqqımda nə desələr də, fikirləşirəm ki, o efirdə oxuynda mən kənddə oynayırdım. Adam hardan hara gəldiyini unutmaz.

- Gülyanaq xanım, indi bir çox müğənnilərimiz cangüdənlə gəzir. Siz belə ehtiyat tədbirindən istifadə etməyi düşünmürsünüz?

- Xalq məni Gülyanaq elədi, tanıtdı. İndi mən yekəlim ki, ondan mənə zərər gələcək? Mənə xalqdan sevgidən başqa heç bir pislik gəlməyib. Mən heç kimə yüksəkdən aşağı baxa bilmərəm.

- Bəs siz neçə qalmaqaldan uzaq qala bilirsiniz?

- Üç-dörd dəfə bizi də əsəbləşdirdilər. Amma biz bacılar səbirli olub sözün sonuna yetdik. Yalanı, doğrunu öz dillərindən eşitdik. Natavan Həbibinin bizi pislədiyini çatdırdılar. Zəng etdik, dedi, əksinə, tərifləmişəm ki, bizi təmsil edən müsabiqələrə o bacılar qoşulmalıdır. Sonra Şəbnəm Tapdıq. Həm də bir insanı hamı sevə bilməz axı. Mənim üçün belə dava-şavalar maraqlı deyil. İnsanlara da niyə bu söz-söhbət maraqlıdır, bilmirəm. Sonra da medianın üstünə atırlar. Günah özlərindədir.

- Toylara siz də gedirsiniz. Olubmu ki, pulunuzu verməyələr? Və yaxud toyda döyülmə…

- (Qulaqlarını çəkir) Allah eləməsin. Yox, elə pis hadisələrlə hələ ki, rastlaşmamışam, şükür. Amma pulumu kəsiblər. Toya dəvətlilər gəlməyib, gözlənilməz hadisələr olub, üç-dörd dəfə pulumu kəsiblər. Mən toyda 6 saat canlı oxuyuram.

- Deyirlər, bacınızla küsülüsünüz. Ona görə tədbirlərədə cüt görünmürsünz…

- Yox, qətiyyən, iraq. Sadəcə, onun işi olur, mən gedirəm çağrılan yerə, ya da mənim işim olur, o gedir. Tam təsadüfdür, küsülü deyilik. Biz çox mehriban ailəyik. Gözdən, nəzərdən uzaq olsun. Həm də nə qədər bir yerdə olaq, oxuyaq? Axı adam tək də oxumaq istəyir ki, ürəyini boşaltsın. Bir də iki qız üçün duetlik mahnılar gec-gec yaranır.

- Özünüzü şou əhli hesab edirsiniz?

- O qazanda həm varam, həm də yox. Bir də görürəm özüm də bilmədən o qazanda qaynayıram. Orda olsaq da, təsadüfən düşsək də, qalmaqalsızıq. Elə pis bir zamana gəlmişik ki, 20 illik hörmətini bu günə, bir dəqiqəyə məhv edərlər. Bəzən bildiklərimizi də demirik, susuruq. Güya deyənlərə kim qulaq asır?

Əli Mirəliyev özü deyir, özü eşidir. O gün baxıram bir verilişdə Əli Mirəliyev neçə gözəl danışdı ki, sənət toydan ibarət deyil. Toyu efirə gətirmək olmaz. Bəyəndim. Amma kimdir ona qulaq asan? Heç kim. Hamı öz işindədir. Toyunu çoxaltmaqla məşğuldur.

- Ailə ilə sənət bir yerdə yola gedirmi?

- Gedir e, çox cətin. İkisi də vaxt-zaman istəyir. Amma ikisini də razı salamq çox cətindir.

- Gün ərzində neçə saat muğam dinləyirsiniz?

- Muğamı bir saatdan artıq dinlmək olmur. Şəxsən məni yorur. Muğamı həzm etmək ağırdır. Ona görə az-az qəbul etməlisən ki, başa düşəsən. Hər şey qədərində gözəldir.

- Eşitdik, estetik əməliyyat eşqinə düşmüsünüz?

- Yox-yox, bu hardan çıxdı? Mənə deyirlər, qulaqlarını bir az arxaya elətdir, heç fikirləşmirəm də belə şeyi. Mən botoksun, estetikin əleyhinə deyiləm, sadəcə, elə edirlər ki, olan-qalan yaraşıqları da əldən gedir, meymun vəziyyətinə düşürlər. Məsələn, 40 ildir atamı keçəl görürəm. Hamıdan da yaxşı ad-san qazanıb, sözü keçən kişidir. Tərəfadarıyam, burnun eybəcərdi, psixolojı təsir edir, formaya sal. Dodaqlarını şişirdirlər, sonra da efirdə iki dişinin arasına alıb başlayırlar çeynəməyə. O qədər əsbiləşirəm! 70 yaşında olan biri çıxır, yaşını danır, özünü 50 yaşında göstərməyə çalışır. Başa düşmürəm niyə. Allah sonumuzu xeyir eləsin.

Tarix
2013.11.29 / 10:00
Müəllif
Aysel
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla