Yuxarı

Rusiya Aİ və Ukrayna arasındakı danışıqlara qoşula bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Avropa İttifaqı (Aİ) və Ukrayna arasında assosiasiya haqqında danışıqlara qoşulması tamamilə qəbuledilməzdir.

Bunu Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Vilnüsdə III "Şərq tərəfdaşlığı" sammitinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, söhbət Aİ ilə Ukrayna arasındakı ikitərəfli sazişdən gedir: "Biz bu danışıqlara üçüncü ölkəni necə cəlb edə bilərik? Biz üçüncü iştirakçı tərəfindən vetonun qoyulmasına yol verə bilmərik".

Bununla belə, X.M.Barrozu enerji təhlükəsizliyi problemləri daxil olmaqla, ayrı-ayrı enerji məsələləri üzrə Rusiya-Ukrayna-Aİ üçtərəfli danışıqlarının keçirilməsini istisna etməyib: "Biz iqtisadiyyat, ticarət və ya enerji kimi ayrı-ayrı sahələr haqqında fikir mübadiləsi apara bilərik. Aİ Ukrayna ilə belə danışıqlara hazırdır. Lakin Rusiyanın assosiasiyalar haqqında danışıqlar formatına qoşulması tam istisna edilir". (Trend)

Tarix
2013.11.29 / 16:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla