Yuxarı

Rüstəm İbrahimbəyovun istefasına YAP-dan münasibət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz əvvəldən demişdik ki, Rüstəm İbrahimbəyov bunları yarı yolda qoyub gedəcək və siz də bunun şahidi oldunuz".

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov R.İbrahimbəyovun Milli Şuranın sədrliyindən istefa verməsinə münasibət bildirərkən deyib:

"Biz dəfələrlə bildirmişdik ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmayacaq, Azərbaycana gəlməyəcək, bu seçki prosesində bir ssenari əsasında ortaya atılmış bir insandır, öz ssenarisinə də bəzi uğursuz artisləri yığıb və bunun nəticəsində fəaliyyətinə xitam verəcək. Bunların hamısının şahidi olduq. Hətta Milli Şuradakılar özləri bəyan etdilər ki, Rüstəm İbrahimbəyov ona görə Milli Şuranın sədri idi ki, bizə vəd vermişdi ki, imkanlı dostlarından pul toplayıb bizə maddi dəstək göstərəcək və Milli Şura fəaliyyət göstərəcək".

S.Novruzov əlavə edib ki, bu bir daha onu göstərdi ki, Milli Şura Azərbaycan xalqının maraqları ilə deyil, ayrı-ayrı qurumların, ayrı-ayrı varlı adamların iradəsinin ifadəsi ilə fəaliyyət göstərən qurumdur:

"Onların da bir hissəsi sonradan fikirlərini dəyişdilər, sonradan bir hissəsi maddi dəstək göstərməkdən imtina etdilər və yaxud da Rüstəm İbrahimbəyov aldı, vermədi. Bu fəaliyyətini başa çatdırdıqdan sonra da Rüstəm İbrahimbəyov özünün yaradıcılıq fəaliyyətini davam etdirəcək".

S.Novruzov Cəmil Həsənlinin Milli Şuranın sədri olması məsələsinə də münasibət bildirib: "O ki qaldı Cəmil Həsənliyə, o da ABŞ-a bir uğursuz səfər etdi və gəlib bəyanat verir ki, guya Milli Şuranın gələcək fəaliyyəti ilə bağlı ABŞ-da müzakirələr aparıb. 5-6 referent, ekspert və Azərbaycanın əleyhinə olan QHT-lərlə, ABŞ-ın siyasi həyatında tanınmayan insanlarla toplaşıb nəsə müzakirə aparıb. Bundan sonra hesab edirəm ki, Milli Şuranın taleyi də İctimai Palatanın taleyi kimi olacaq, tarixin arxivinə gedəcək". (Trend)

Tarix
2013.11.29 / 17:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla