Ana səhifə Gündəm |
"CNN-nin məşhur aparıcısı Lari Kinqin qondarma "Dağlıq Qarabağ"a nəzərdə tutulan səfəri həqiqətə uyğun deyil".
"Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, bunu
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin ictimaiyyətlə
əlaqələr şöbəsinin rəhbəri Elman Abdullayev bildirib.
Onun sözlərinə görə, məsələni dəqiqləşdirmək üçün Azərbaycanın
Los-Ancelsdəki Baş Konsulluğuna müvafiq tapşırıq verilib. "Məsələni
araşdırmalıyıq ki, müvafiq mövqeyimizi orataya qoya bilək. Biz
dəfələrlə şahidi olmuşuq ki, Ermənistan mətbuatı mövcud vəziyyətlə
əlaqəsi olmayan məlumatları şişirdir və yalan təqdim edir.
Ermənistan mətbuatından hər şey gözlənilir. Dəfələrlə həqiqəti əks
etdirməyən, təhrif olunmuş məlumatları Ermənistan mətbuatının
işıqlandırdığının şahidi olmuşuq", - deyə XİN rəsmisi bildirib.
Xatırladaq ki, guya bu yaxınlarda CNN teleşirkətinin əfsanəvi
aparıcısı Lari Kinq qondarma "Dağlıq Qarabağ Respublikasının
prezidenti" Bako Saakyanla görüşüb. Görüş əsnasında Saakyan onu
Qarabağa dəvət edib. Kinq də dəvəti qəbul edib. Bako Saakyan isə
Lari Kinqin yaxın zamanda Qarabağa səfər edəcəyini haqda erməni
mətbuatına informasiya yayıb. Qeyd edək ki, xarici ölkə
vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərləri
ilk dəfə deyil. Rəsmi Bakı isə buna heç vaxt biganə qalmır və
aldadılaraq qondarma "Dağlıq Qarabağ"a gələnləri "qara siyahı"ya
salır və onların Azərbaycana gəlişini yasaqlayır.
Tarix
2013.11.29 / 22:26
|
Müəllif
Axar.az
|