Yuxarı

Orxan Pamuk türkcə bilmir - İttiham

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk yazarı Orxan Pamuk "Nobel" mükafatı alandan bəri çox ittihamlarla üzləşib. "Casus", "türk düşməni", "ermənipərəst"...

İttihamlardan biri də onun türkcəsinin "bozuk", yəni qüsurlu olması ilə bağlıdır.

Bu ittihamı əsaslandırmaq üçün, onun işlətdiyi deyilən belə bir cümləni misal gətirirlər:

"İmam ikindi namazı saatinde cami balkonuna çıkarak ezan okudu".

Tanınmış türk tarixçisi İlber Ortaylı bu cümlənin "Pamukun bir kitabında yer aldığını" deyərək əlavə edir:

"O, nə ingiliscə, nə də türkcə bilir. Əvvəla, namaz saatı olmur, namaz vaxtı olur. Came balkonu yoxdur, came şərəfəsi var! Azanı da imam deyil, müəzzin verir. Bu nümunə göstərir ki, o, yaşadığı cəmiyyətin mədəniyyətindən xəbərsiz bir yazardır".

Bəzi millətçi türk qəzetləri hətta bunu manşetə də çıxarmışdı. Bu söhbət televiziyaya da yol tapmışdı.

Tezliklə bu iddia bir fakt kimi qəbil edilməyə başlandı. Pamukun başqa ittihamlara reaksiya vermədiyi kimi "came balkonu"na da əhəmiyyət verməməsi iddianın həqiqət kimi anlaşılmasına yol açdı.

Pamukun özü İlber Ortaylıya cavab verməsə də, bəzi qəzetçilər məsələni araşdırmağa çalışmışdı.

"BELƏ ÇIXIR Kİ, TÜRKİYƏNİN ƏN ÜNLÜ TARİXÇİSİ OXUMADIĞI..."

Məsələn, Cem Erciyes ötən ilin sentyabrında "Radikal" qəzetində yazmışdı ki, o da sənət adamlarından soruşub. Məlum olub ki, onlar da Pamukun belə bir cümlə işlətdiyinə əmindirlər. Amma C.Erciyes qeyd edir ki, Pamukun kitablarının köhnə və yeni nəşrlərini ələk-vələk etsə də, belə bir cümləyə rast gəlməyib.

Hətta Pamukun romanlarını çap edən nəşriyyatdan da xahiş edib ki, elektron variantdakı mətnlərdə bu cümlədəki sözləri axtarışa versinlər. Amma mətndən belə bir cümlə çıxmayıb.

Nəşriyyat mətnlərə hər hansı düzəliş etmədiyini bildirib.

C.Erciyes yazır ki, Pamukun kitablarında (həm bədii, həm publisistik) "namaz" və "saat" sözləri yalnız bir yerdə yanaşı işlənir. "Qar" romanının 95-ci səhifəsində belə bir cümlə var: "Onlar namaz saatini bekleyip uzun uzun dedikodu ederken..."

C.Erciyes yazısını belə yekunlaşdırır: "Belə çıxır ki, Türkiyənin ən ünlü tarixçisi də oxumadığı. amma hardansa eşitdiyi bir şəhər əfsanəsini şişirdib".

Yazar tarixçinin "bozuk" cümləni hardan götürdüyünü açıqlamasını istəyir.

BU DA CAVAB...

İ.Ortaylı "Milliyet" qəzetində ona cavab yazır. Bildirir ki, dediyi cümlə "Qar"ın 2002-ci ilə aid ilk nəşrində yer alıb və sonrakı nəşrlərdə düzəldilib. Tarixçi Pamukun dilinin qüsurlu olduğunu əsaslandırmaq üçün başqa nümunələr də gətirir:

"İlk baskıya bakarsan (Kar, 2002) ancak 14. baskıda düzelttiğini bulabilirsin.

İş sadece caminin balkonu, namaz saatinde, imam ve müezzin arasındaki ihtisas kargaşasında da değil. Bizim yazar "Lapa lapa kar yağar" demeyi de bilmiyor, "iri kar tanelerinden" bahsediyor. Üstelik o memlekette yaşayanlar bilirler, Kars’ta kar pek lapa lapa yağmaz, adamın beynine işler diye söz ederler. (Sahife 163, 2006). Orhan Pamuk’un Türkçesi hakkında bize çok laf düşmez. Tahsin Yücel gibi bir hoca, Orhan Pamuk’un dünya görüşüyle derdi olmayacağı halde, Kara Kitap’taki Türkçesini uzun uzun tenkit etti, edecek tabii; çünkü görevi. ("Orhan Pamuk’un Türkçesi gerçekten yetersizdir; bu nedenle, en yalın nesneleri, en yaygın sözcükleri bile birbirine karıştırır." Devamı için; Tahsin Yücel, "Kara Kitap", Hürriyet Gösteri, Kasım 1990, Sayı: 120, sahife 45-48).

Bu konuda benden hesap soruluyor gibi geldiği için cevap yazdım; konu üzerinde fazla konuşacak ve yazacak değilim. Edebiyat tarihinde daha ilginç konular var".

Amma nə İ.Ortaylı sözügedən cümlənin "Qar"ın 2002-ci il nəşrinin hansı səhifəsində yer aldığını deyir, nə də C.Erciyes-in buna reaksiya verib-vermədiyini İnternetdən tapa bildik.

Məsələ tam aydınlaşmasa da, bir fakt kimi mediada yayılmaqda davam edir. ("Azadlıq.org")

Tarix
2013.12.01 / 14:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla