Yuxarı

İTV-dən kütləvi istefalar - Yenilənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İTV-dən işdən çıxarılanlar siyahısına yeniləri əlavə olunub.

AzNews.az-ın məlumatına görə, bunlar İTV-nin Türkiyə müxbiri Rəhimə Mirzəyeva, operator Dilqəm Mirzəyev, "Carçı-film" Yaradıcılıq Birliyinin böyük rüdakroru Anar Məmmədov, telekanalın Aran bölgəsi üzrə müxbiri Əminə Rəhimova, Gəncə müxbiri Vaqif Tanrıverdiyevdir.

Bu arada AzNews.az-a analitik proqramlar departamentinin direktoru Füzuli İsmayılovun işdən çıxarılmasının səbəbləri məlum olub. Mənbə bildirir ki, onun işdən çıxarılması Cəmil Quliyevin müavini Şaiq Məmmədovla aralarında yaranan problem olub.

Şaiq Məmmədov əvvəlcə onun müəllifi olduğu "Yekun" analitik proqramınıın aparıcılığına yiyələnib, sonra isə İTV-dən çıxarılmasına müvəffəq olub.

***
12:55
AzNews.az- a daxil olan məlumata görə, bu gün İctimai Televiziyanın bir qrup əməkdaşı işdən çıxarılıb.

Belə ki, televiziyanın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tahir Məmmədov, ictimaiyyətlə əlaqələr departamentini müdir müavini Pərvanə Süleymanova, analitik proqralar departamentinin direktoru Füzuli İsmayılov, həmçinin bu ilin sentyabrına kimi İTV-nin informasiya departamentinin direktoru olmuş və daha sonra vəzifəsi aşağı salınaraq şərhçi kimi fəaliyyət göstərən İlham Sərxanlı istefa verib.

İşdən çıxarılanlar arasında "Carçı-film" Yaradıcılıq Birliyində müavin Qərənfil Xəlilova da var. Qeyd edək ki, işdən çıxarılanlar özləri istefa verdiklərini bildirir.

Məlumatlara görə, İTV-dən kütləvi işdən çıxarılmalar əmək müqavilələrinin vaxtının bitməsi ilə əlaqələndirilir. Belə ki, adı çəkilən əməkdaşlarla bağlanmış müqavilələr dekabrın 1-də başa çatıb. Bu gün kütləvi şəkildə işdən əməkdaşlarla yeni müqavilə imzalanmayacağı bildirilib. Bunu isə İTV rəhbərliyi "yuxarıdan verilən tapşırıq"la əlaqələndirib.

Xatırladaq ki, bir müddət öncə AzNews.az analitik proqramlar departamentinin direktoru, "Prezident seçkiləri-2013" teledebatların moderatoru Füzuli İsmayılov efirdən uzaqlaşdırılması barədə məlumat yaymışdı.

Tarix
2013.12.02 / 14:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla