Yuxarı

"Elşad Abdullayev məhkəməyə adamlarını göndərdi"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan məhkəmə iclasında sabiq deputat Gülər Əhmədova son sözünü dedi.

"Axar.az"ın məhkəmə zalında olan reportyorunun verdiyi məlumata görə, sabiq deputat məhkəmədə son çıxışı zamanı cinayət məcəlləsinin 63-cü maddəsinin 4-cü bəndini əsas gətirərək qanunsuz çəkilişin cinayət işinə əlavə olunmasına etiraz edib.

Bundan başqa, sabiq millət vəkili Elşad Abdullayevlə olan münasibətlərinə də toxunaraq bildirib ki, sabiq rektorla 2010-cu ildə Parlament seçkiləri vaxtı isti münasibəti olub. Hətta "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə Gülər Əhmədovanın məhkəmə çəkişməsi vaxtı Elşad Abdullayev öz adamlarını məhkəmə zalına göndərərək Əvəz Zeynallıya qarşı təzyiq ediblər.

Gülər Əhmədova həmçinin sonda üzünü hakimlərə tutaraq bu sözləri dedi: "Sizdən xahişim odur ki, ədalətli olmaqla bərabər həm də mərhəmətli olasız. Çünki səhhətimdə problemlər var, mən ailəmin yanında olmalıyam. Həbs müddətinin ev dustaqlığı ilə əvəz olunmasını da sizdən xahiş edirəm".

Sabiq deputat onun həbsinin ev dustaqlığı ilə əvəz olunması məsələsini parlamentin gündəminə gətirdiklərinə görə keçmiş həmkarlarına təşəkkür etməyi də unutmayıb.

Xatırladaq ki, məhkəmə saat 15:00-a qədər təxirə salınıb. Ehtimal edilir ki, yekun qərar bu vaxt veriləcək.

Tarix
2013.12.02 / 13:23
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla