Yuxarı

Dünyanın ən qəribə hadisələri - Fotolar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyada layihə üçün ölü təqlidi edərək şəkil çəkdirən sənətçinin fotoşəkilləri İnterpolda cinayət işinin başlamasına səbəb olub.

Avstriyanın Vyana şəhərində təhlükəsizlik dəstələri İnterpolun da qarışdığı bu cinayəti həll etmək üçün iş başına keçib.Əllərindəki fotoşəkillərdə görünən ölü qadını araşdıran polis kadrların "ölüm" mövzulu bir layihə üçün çalışan sənətçiyə aid olduğundan xəbərsiz idi.Konsept sənətçisi Siqrid Flekseder ortağı Kristian Tomas ilə birlikdə "Ölümün 4 mövsümü" adlı bir layihə hazırlayıb.Reyslər üzərində cəsəd görüntüsü verən Flekseder ortağıyla birlikdə çəkdiyi kadrları yayılmaq üçün nəşriyyata göndərib. Şəkilləri nəşr edən işçilər gördüklərinə heyrətləniblər və polisə müraciət ediblər.Şəkilləri araşdıran mərkəz işçiləri isə vəziyyəti İnterpola xəbər veriblər.

"Cinayəti" araşdıran detektivlər şəkillərin göndərildiyi ünvana gedərək faktlar toplamağı planlaşdırarkən Fleksederlə qarşılaşırlar. Bundan sonra vəziyyət anlaşılıb. Flekseder mövzuyla əlaqədarbunları deyib:

"Kimin daha çox təəccübləndiyini təxmin edə bilmirəm. Qarşımda İnterpolu görəndə mən daha çox heyrətlənmişdim, yoxsa yaşayan bir cəsədlə qarşılaşan polislər!?"

Kürəyində tabutla ünvan axtardı

İzmirin Çiğli mahalında baş verən intihar yerinə getmək istəyən cənazə maşınının sürücüsü, əlində telefon kürəyində tabut ünvan axtarıb. Hadisə yerinin məskunlaşma yerinə uzaq və kimsəsiz bir bölgədə olması cənazə işləri qruplarına da çətin anlar yaşadıb. Böyük bir tarlanın ortasında olan binaya çatmaqda çətinlik çəkən cənazə işlərinin səlahiyyətli şəxsi kürəyində tabut, əlində telefonla ünvan axtarıb.

Hamilə olduğunu anlamadan 7 ay basketbol oynayıb

23 yaşında Braziliyalı qadın basketbolçu hamilə qaldığını anlamadan 7 ay boyunca komandasında turnirlərə qatılıb. Silviya Kristina Gustavo Roça adlı gənc idmançı hamilə olduğunu 7 aylıq körpəsini dünyaya gətirməzdən yalnız 3 gün əvvəl, qarnında ağrı hiss edəndən sonra müraciət etdiyi həkimdən öyrənib. Körpəsinə Luis Ferdinand adını qoyan gənc ana:"Hamilə qaldığımdan xəbərsizdim. Yalnız bir az kökəldiyimi düşünürdüm",- deyib.

Tarix
2013.12.03 / 00:22
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla