Yuxarı

Türkiyədə keçirilən bir sorğunun çox ilginc nəticələri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kadir Has Universiteti" tərəfindən xalqın xarici siyasətə baxışını ortaya qoymaq üçün aparılan ictimai araşdırmaya görə türklər yüzdə 28 faiz nisbətində Azərbaycanı Türkiyəyə ən yaxın dost ölkə olaraq görürlər.

"Kadir Has Universiteti" tərəfindən Türkiyə daxilində 26 şəhərdən min adamla telefon danışıqları vasitəsilə reallaşdırılan araşdırmaya görə, Suriya yüzdə 65 faizlik nisbətlə Türkiyə qarşısında ən əhəmiyyətli problem olaraq görülür.

Sorğuda iştirak edənlərin yüzdə 72 faizi Türkiyənin müsəlman ölkələrə örnək ola biləcəyini düşünür, amma hökumətin apardığı xarici siyasəti uğurlu hesab edənlərin say nisbəti 2012-ci ildə yüzdə 34.7 faizdən yüzdə 25 faizə düşüb.

"Türk Xarici Siyasəti İctimai Münasibətləri Araşdırma" adıyla nəşr olunan hesabatda ictimai əlaqələri inkişaf etdirmək üçün siyasi və iqtisadi əlaqələrin artırılması prioritet məsələ olaraq ortaya qoyulub. Hərbi qüvvə istifadəsinə dəstək olanların sayı minimum səviyyədədir. Qonşu ölkələrlə ortaq nazirlər kabineti yığıncaqlarını çox böyük nisbətlə dəstəkləyən iştirakçılar yüzdə 28 faiz nisbətlə Türkiyəyə ən yaxın dost ölkə olaraq Azərbaycanı görür.

Sorğuda iştirak edənlərin 38.6-sı Türkiyənin dostu olmadığını bildirib. Türkiyə üçün təhlükə hesab edilən ölkələr arasında ABŞ və İsrail, Suriya və İran başda gəlir.

Araşdırmanın maraqlı nəticələrindən biri də Türkiyənin Cənubi Kipr Respublikasının tanınmasına xalqın yüzdə 56 faizinin müsbət baxmasıdır. Türkiyədə 26 şəhərdən min adamla telefon danışıqları vasitəsilə reallaşdırılan araşdırmanın 2013-cü ilin oktyabrında tamamlandığı bildirilib.

Tarix
2013.12.05 / 12:56
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla