Yuxarı

Ekspertiza yekun rəyi açıqlamaqdan imtina etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qatil həkimlər hələ də himayə altındadır

Bu gün jurnalist Anar Niftəliyevin həyat yoldaşı tənqidçi Elnarə Tofiqqızının ölümünün səbəbi ilə bağlı yekun ekspertiza rəyinin açıqlanacağı tarix başa çatır.

Bir müddət əvvəl "Axar.az"a açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mərkəzi Aparat rəhbəri Ceyhun Allahverdiyev yekun ekspertiza rəyinin oktyabrın 22-də elan olunacağını bildirmişdi.

Məslələ ilə əlaqədar Ceyhun Allahverdiyevlə əlaqə yaratdıq. Lakin Aparat rəhbəri verdiyi vədə baxmayaraq, yekun ekspertiza rəyini açıqlamaqdan imtina etdi və yekun rəyi cinayət işinin aparıldığı Nəsimi Prokurorluğundan əldə edə biləcəyimizi söylədi.

Nəsimi prokurorunun köməkçisi, Elnarə Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işinin istintaq qrupunun üzvü İsmayıl Rövşənov isə ekspertizanın yekun rəyini almadığını söylədi.

Xatırladaq ki, mərhum Elnarə Tofiqqızı sentyabrın 20-də "Medi Sina" klinikasında süd vəzi kanalınının əməliyyatı zamanı dünyasını dəyişib. Ekspertizanın ilkin rəyində ölümün səbəbi kimi həkim məsuliyyətsizliyi göstərilib. Bununla bağlı sentyabrın 25-də Nəsimi rayon Prokurorluğunda cinayət işi qaldırılıb.

Qeyd edək ki, qatil həkimlər – Topçubaşov adına Eksperimental Xəstəxananın həkim-cərrahı Fərəcullah İdrisov, 1 saylı Hərbi Hospitalın Onkologiya şöbəsinin müdiri Mahir Məmmədov və 1 saylı Klinik xəstəxananın anestezioloqu Firuz İbrahimov ekspertizanın ilkin rəyində günahkar bilinsələr də, hələ də iş başındadırlar və heç nə olmamış kimi əməliyyatlarda iştirak edirlər.

Tarix
2013.10.22 / 14:09
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla