Yuxarı

Qadını girov götürən şəxs təslim edildi - Video/Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:01

Gəncənin Dədə Qorqud küçəsində yerləşən yaşayış binasında bir kişi evdə bir qadını girov götürüb.

"Axar.az"ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, girov götürən şəxs evin eyvanına çıxaraq əlindəki qumbara ilə girov götürdüyü şəxsi partladacağını iddia edib və bundan vaz keçmək üçün bəzi tələblərinin olduğunu bildirib.

Əlində qumbara olan kişinin həmin evin sahibi olub-olmaması, həmçinin girov götürdüyü şəxslə hansı əlaqəyə malik olması hələlik bəlli deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Binaya sakinlərin girişi qadağan olunub. Partlayış törətmək istəyən şəxslə danışıqlar aparılır.

13:55

Son məlumatlara görə, artıq həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib. Əlindəki qumbara da alınaraq kişi polis idarəsinə aparılıb. Müvafiq strukturlar ərazidə axtarış tədbirləri həyata keçirir.

15:04

Əlində qumbara ilə Gəncənin hüquq-mühafizə orqanlarını ayağa qaldıran şəxsin kimliyi müəyyənləşib. Bəlli olub ki, "Zabitlər evi" səmtindəki binanın 3-cü mərtəbəsində bir qadını girov saxlayaraq binanı partladacağı ilə hədəlyən kişinin adı Əflatundur. O, artıq zərərsizləşdirilib.


Gəncədəki mənbələrdən "Azadlıq.info"ya deyiblər ki, şəhər prokuroru Adil Vəliyev və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Rasim Qurbanov həmin şəxslə təslim olması haqda danışıqlar aparmaq istəyib. Lakin danışıqlar nəticəsiz olub. Bundan sonra Əflatnunun yaxın dostu olduğu bildirlən bir nəfər gəlib və onu təslim olmağa inandıra bilib. Bundan sonra polis Əflatunu və girov saxladığı qadını aparıb.

Deyilənlərə görə, hadisəyə Əflatunla həmin qadın arasında məişət zəmnində yaranan mübahisə səbəb olub. Qadın Əflatunun qonşusudur. Qadının yüngül həyat tərzi ilə fərqləndiyi, Əflatunun da ondan bu xüsusda istəklərinin olduğu, istəyinə müsbət cavab almayınca belə bir əmələ əl atdığı deyilir.

Hadisə yerindən "Azadliq.info"ya fotolar və video da göndərilib:

Tarix
2013.12.23 / 15:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla