Yuxarı

Azərbaycan səfiri prosesdən xəbərsiz olduğunu dedi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizim işimizdə də bir bölgü var. Mirməhəmməd Seyidovun saxlanması və istintaqın gedişi ilə bağlı İstanbul Baş Konsulluğunda hər hansı bilgi yoxdur. Sizə nəsə desəm, bu yanlış olar. Mən də sizin kimi bu xəbərləri mediadan izləyirəm. Bildiyim odur ki, istintaq qapalıdır".

Bu sözləri Azərbaycanın İstanbul Baş konsulu Həsən Zeynalov "Yeni Müsavat" qəzetinin Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun Türkiyədə həbsi ilə bağlı suallarını cavablandırarkən deyib.

Həsən Zeynalovun sözlərinə görə, Mirməhəmməd Seyidov saxlanandan sonra Azərbaycan istintaq orqanları təmsilçilərinin İstanbula gəlməsi ilə bağlı da hər hansı informasiyası yoxdur. Yada salaq ki, dekabrın 17-də Türkiyə Cümhuriyyəti tarixinin ən böyük korrupsiya və rüşvət ittihamı ilə başladılan cinayət işində Azərbaycan-Türkiyə sərhədindəki Sədərək gömrük məntəqəsinin rəhbəri Mirməhəmməd Seyidov da saxlanıb. İğdıra çağırılan M.Seyidovu Türkiyə prokurorluq orqanları saxlayaraq İstanbula aparıblar. Dekabrın 18-də İstanbul Mülki Məhkəməsi M.Seyidovu Türkiyə üzərindən İran qara pullarının yuyulması əməliyyatına vasitəçilikdə şübhəli şəxs kimi 3 aylıq həbs edib.

Tarix
2013.12.23 / 16:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla