Yuxarı

Zavod yandı: FHN işçisi həlak oldu - Fotolar/Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:15

Bakının Binəqədi rayonunda Ağac Emalı Zavodunda yanğın baş verib.



Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə "Dərnəgül" metrostansiyasının yaxınlığında yerləşən zavodun ərazisində baş verib.

Hadisə yerinə Bakı Şəhər Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasının maşınları cəlb olunub. Yanğın zamanı ölən və yaralanlar barədə məlumat verilmir (ANSPress).

Hal-hazırda yanğın davam edir

***

Bakının Binəqədi rayonunda Ağac Emalı Zavodunda baş verən yanğının təfərüatları artıq bəlli olub.

"Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın gecə saat 03:30 radələrində başlayıb. Hadisə yerinə FHN-nin əməkdaşları gəliblər. Daha sonra yanğının şiddətli olması saat 08:30 radələrində ikinci dəstənin gəlməsini məcbur edib.

Yanğın zamanı xilasetmə işləri aparan yanğınsöndürmə briqadasının əməkdaşı Zaur Eyvazov panelin uçması nəticəsində dünyasını dəyişib.

1988-ci il dekabrın 30-da anadan olan Z.Eyvazov ailəli imiş, 26 dekabrda 1 yaşı olacaq övladının ad gününə hazırlaşırmış.

Əməkdaşımızın verdiyi məlumata görə, 2 hektar ərazisi olan İstehsalat sahəsinin 600 kv.m ərazisi yanıb. Hazırda yanğın söndürülüb. Ocaqların söndürülməsi işləri davam edir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

***

Hadisə yerində Binəqədi Rayon Polis İdarəsi, Binəqədi Rayon Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının olduğu bildirilib.

Tarix
2013.12.24 / 11:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla