Yuxarı

Rusiyanı şoka salan azərbaycanlı uşaq Bakıda konsert verdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində M. Rastrapoviç adına 21 nömrəli musiqi məktəbinin şagirdlərinin konserti keçirilib.
 

Konsertdən öncə məktəbin direktoru, əməkdar artist Rafiq Əzizov çıxış edib. O, rəhbərlik etdiyi məktəbin beynəlxalq müsabiqələrdə son illərdə qazandığı nailiyyətlərdən danışıb. Konsert Beynəlxalq müsabiqədə Qran-pri mükafatçısı olan 5-ci sinif şagirdi Ağarəhim Quliyevin çıxışı ilə başlayıb. 

İfaçılar arasında çoxsaylı beynəlxalq müsabiqələrin laureatı, gənc vokalist, skripkaçı Əli Muradov da olub. Əli Muradov vokal dərsini əməkdar artist Gülnaz İsmayılova, skripka dərslərini isə Gülnarə Seyidovadan alır. O Moskvada keçirilən "İstedadlar planeti" müsabiqəsində "Akademik vokal" və "Skripka. Sol ifa" nominasiyaları üzrə Qrin-pri və Novosibirskdə müsabiqədə 2 nominasiya üzrə qalib gəlib. 

Konsertdə Əli T. Albinoninin "Adajio" və Parlami D’Amore musiqilərini ifa edib. 

Qeyd edək ki, Əli Muradov beynəlxalq müsabiqələr və "Qran-pri" mükafatları laureatıdır. O, Türkiyə, İspaniya, Sankt-Peterburq, Krasnoyarsk, Moskvada keçirilmiş beynəlxalq müsabiqələrdə və qala-konsertlərdə iştirak edib. Vokal və skripka ifaçısı Əli Muradovun adı indiyədək qalib olduğu beynəlxalq müsabiqələrə görə Rusiyada "Qızıl Fond"a daxil edilib. Bu fonda adı düşən ilk azərbaycanlı olan Əli Muradovun haqqında fondun kitabında geniş informasiya dərc olunub (Anspress.com).

Tarix
2013.12.25 / 14:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla