Yuxarı

Ac insanlar daha çox pul xərcləyir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt sakinlərinin ən çox nəyə pul xərclədiklərini araşdırmaq üçün sakinlər arasında kiçik sorğu keçirdik. Apardığımız sorğudan bəlli oldu ki, xərclədiyimiz pullar cinsi fərqə, əhalinin təbəqəsi və yaş kateqoriyasına görə fərqlənir.

Qadınlar çox pul xərcləyir, yoxsa kişilər?

Statistikaya görə, qadınlar istifadəsi vacib olmayan məhsullara daha çox pul xərcləyirlər. Onlar gündəlik istifadə olunmayan əşyaların alışında daha maraqlıdırlar. Bunlara bahalı mətbəx avadanlıqları, zinət və ekstrovaqant bəzək əşyaları aiddir. Qadınların ən çox pul xərclədiyi geyimlər sırasında isə çanta liderdir.

Qadınlardan fərqli olaraq, kişilər gündəlik istifadə edə bilməyəcəyi əşyalara pul xərcləmirlər. Onlar daha çox siqaret, ayaqqabı, cib telefonu, dönər, kontur kimi xırda tələbat mallarına pul xərcləməyə meyllidirlər. Geyimə gəlincə isə, kişilər bu mövzuda da qadınlardan geridədirlər.

Qeyd edək ki, dünyada geyimə ən az pul xərcləyən ölkə Hindistandır.

Daha çox pul xərcləyənlər

İnsanların əksəriyyəti ərzaq alış-verişlərinə çox pul sərf edir. Buna səbəb isə alış-verişə ac getmələridir. Ac olan insan gördüyü hər şeyi yemək istədiyindən, həmin an qeyri-şüuri olaraq daha çox ərzaq almaq istəyir. Bu isə büdcəyə ağır zərbə vurur.

Pulu düzgün xərcləməyən insanlar əsəbi olurlar

Mütəxəssislər bildirirlər ki, pulu düzgün xərcləməyən insanların əksəriyyətinin əsəblərində pozğunluq müşahidə olunur. Onlar düzgün hesab aparmadıqlarından ay ərzində özlərinin və ailələrinin ən zəruri ehtiyaclarını belə ödəyə bilmirlər. Bu vəziyyətdə isə daha çox işləməyə məcbur olurlar.

İnsan psixologiyası bu cür hallarda mənfi təsirə məruz qalır.

Büdcəni necə düzgün planlaşdırmalı?

Psixoloqlar məsləhət görürlər ki, insanlar pullarını xərcləməzdən öncə, özlərinə hesabat verməlidirlər. İnsanlar çalışmalıdırlar ki, gəlirlərinin maksimum 70%-ni xərcləsinlər. Qalan hissə isə büdcədə saxlanılmalıdır.

2013-cü ildə ölkə üzrə ən çox alınan məhsul nə olub?

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən bildirilir ki, 2013-cü ilin ilk altı ayı ərzində ən çox alınan məhsul nəqliyyat vasitələri və onların hissələri olub. İkinci yerdə isə qara metallar və onlardan hazırlanan məmulatlar dayanır. Sıralanmaya görə, Azərbaycan bu il sement alışında da bir qədər aktiv olub. Sement alış göstəricisinə görə üçüncülüyünü qoruyub saxlaya bilib. Digər yerlərdə isə yeyinti məhsulları, mebel və onun hissələri, tütün məmulatları və əczaçılıq məhsulları dayanır.

Tarix
2013.10.10 / 13:25
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla