Yuxarı

"Qafqaz"ın tələbələri Gülənə "amin" deməkdən bezdilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Universitetinin rektoru Əhməd Sanıc tələbələri toplayaraq Fətullah Gülənin Rəcəb Tayyib Ərdoğana etdiyi qarğışa amin deməyə çağırıb.

"Axar.az" məlumat verir ki, bu sözlər redaksiyamıza universitetin tələbələrindən birindən daxil olmuş şikayət məktubunda yer alıb.

Məktubda bu cür halların Çağ Öyrətimin orta məktəblərində və Araz kurslarında da təkrarlandığı bildirilib: "Fətullah Gülən Rəcəb Tayyib Ərdoğana bəddua edib deyə başımı xarab ediblər. Qafqaz Universitetinin konfrans zalında universitetin rektoru Əhməd Sanıc bizi toplayıb deyir ki, Hoca Əfəndinin duasına amin deyin. Böyük ekranda Fətullah Gülənin bədduasını qoyub bizə amin dedizdirirlər. Çox tələbə etiraz edir və etiraz edəni universitetdən qovmaqla ittiham edirlər". Universitetdə həmçinin toplu şəkildə duaların keçirildiyi də qeyd edilib. "Fətullah Gülən xəstələnən kimi hamını duaya toplayırlar. Nə bilim hoca əfəndimiz xəstədir, toplu dua edin. İndi də bəddua etdirirlər".

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Fətullah Gülənin Türkiyədəki hadisələrlə əlaqədar Baş nazir Rəcəb Tayyib Ərdoğana etdiyi qarğış videosu yayılmışdı.

Tarix
2013.12.27 / 10:39
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla