Yuxarı

İlham Əliyev onları vergidən azad edir – Qanun

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məktəbəqədər müəssisələr 10 il mənfəət və sadələşdirilmiş vergini ödəməkdən azad olunacaqlar.

Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştləri nəzərdə tutulur.

"Axar.az" xəbər verir ki, bununla bağlı ölkə Prezidenti İlham Əliyev tərəfindən parlamentə qanun layihəsi daxil olub və həmin sənəd parlamentin payız sessiyasının dekabrın 27-də keçirilən son iclasının gündəliyinə salınıb.

Cəmi 2 maddədən ibarət olan qanun layihəsində qeyd olunur ki, körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri gələn il yanvarın 1-dən başlayaraq 10 il Vergi Məcəlləsi ilə müəyyən edilmiş xüsusi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad olunurlar.

Həmçinin qanunun birinci maddəsi ilə vergiləri ödəməkdən azad edilmiş hüquqi şəxslər digər fəaliyyətlə məşğul olduqda, Vergi Məcəlləsinin tələblərinə uyğun vergiyə cəlb olunacaqlar.

Tarix
2013.12.27 / 12:15
Müəllif
Hüseyn
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla