Yuxarı

Çingiz Qənizadə “Yeni il əfvi”ndən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Prezidentin əfv imzalayaraq dustaqları sevindirməsi gözləniləndir".

Bu sözləri "Axar.az"a açıqlamasında Milli Məclisin Əfv komissiyasının üzvü, millət vəkili Çingiz Qənizadə dedi. O bildirdi ki, bayramqabağı bu cür sevindirici qərarların verilməsi ehtimalı böyükdür:

"Cənab prezidentin bu cür qərar verməsi hər bir halda sevindirici xəbərdir. Dövlət başçısının bu cür əfv sərəncamları imzalaması heç də gözlənilməz bir şey deyil. Ehtimal var ki, hər zaman olduğu kimi bayramla əlaqədar olaraq bu il də əfv sərəncamı imzalansın. Bu barədə rəsmi məlumat olan kimi sizinlə bölüşəcəyəm".

Xatırladaq ki, əfv sərəncamının imzalanacağı ilə bağlı hüquq müdafiəçisi Anar Qasımlı da özünün feysbuk səhifəsində yazıb. O da yeni il bayramı münasibəti ilə prezidentin bu cür sərəncam imzalaması ehtimalının yüksək olduğunu bildirib.

Tarix
2013.12.27 / 13:13
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla