Yuxarı

Daha bir həkim səhlənkarlığı Qubada - VİDEO

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubanın Amsar kəndində yaşayan Zərbəliyevlər ailəsi 6 yaşlı övladlarının həkim səhlənkarlığı ucbatından lal-kar olduğunu bildirərərək, uşağın müailicəsində dövlət qurumlarından kömək istəyir.

Qədir Zərbəliyev 6 yaşlı nəvəsi Rəvanın həkim səhvi səbəbindən danışıq və eşitmə qabilliyyətini itirdiyini deyir. Onun sözlərinə görə, 2010-cu il mart ayının 11-də Rəvan Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində qasıx yırtığından həkim Nurəddin Abdurzayev tərəfindən əməliyyat edilib. Əməliyyatdan 2 ay sonra uşağın lal-kar olduğunu müşahidə ediblər. Bu faktı paytaxtdakı özəl kilinikalarda və Ə.Qarayev adına Respublika Uşaq Xəstəxanasında da təsdiq ediblər.

Rəvanın anası İntizar Zərbəliyeva deyir ki, uşağın antibiotiklərdən sonra eşitmə qabiliyyətini itirməsi faktını Quba rayon Mərkəzi Xəstəxanası rədd edib və Bakıdan tələb olunan lazımı müalicə sənədlərini də verməkdən imtina edib.

İntizar Zərbəliyeva, uşağın anası: "Gedib həkimə şikayət eləmişik ki, belə olub. Bizə əksinə cavab verirlər ki, bizdə olmayıb. Bakıdan özəl xəstəxanaların həkimləri zəng vurdu müalicə yazmaq üçün, narkozun qədərini, antibiotikin qədərin öyrənmək üçün ki, əksinə müalicə yazsınlar. Bizə onu da məlumat vermədilər ki, narkozun qədəri nə qədər olub".

İndi ana 6 yaşlı Rəvanı nə məktəbə, nə də uşaq baxçasına qoya bildiyini deyir. Onun sözlərinə görə, uşağın eşitmə qabiliyyətini gücləndirmək üçün təyin edilən xüsusi müalicə kursunu da imkansızlıqdan apara bilmir.

İntizar Zərbəliyeva: "Özəl xəstəxanalarda bizdən 30 min avro ilkin ödəniş üçün pul istədilər. Dedilər, uşağın müalicəsi Azərbaycanda olunur, ancaq ilkin ödənişi 30 min avroya qədərdir. Mənim də imkanım çatmır o məbləği ödəməyə".

Quba Rayon Mərkəzi Xəstəxanasında Zərbəliyevlər ailəsinin şikayətini əsassız və böhtan hesab edirlər. Baş həkim İsmayıl Mirzəliyev bildirdi ki, müxtəlif ali dövlət qurumlarına şikayət edən ailənin müraciəti dəfələrlə və əsaslı şəkildə araşdırılıb. Rəvan Zərbəliyevin əməliyyat müddətində aldığı müalicədən lal-kar olması təsdiq olunmayıb. Barəsində deyilənləri təkzib edən əməliyyat həkimi Nurəddin Abdurzayevın fakta münasibəti isə belə oldu.

"Antibiotik - "Ampicilin" alınıb və 1 tabletka sakitləşdirici iynə - "Dimederol" vurulub 2 gün müddətində uşağa. Biz elədiyimiz əməliyyatın və anestezioloq tərəfindən vurulan dərmanların kar olmaqla heç bir əlaqəsi yoxdur. Lor həkimi tərəfindən uşağa baxılıb, bizim tərəfimizdən əməliyyat ilə müalicə aparılma müddətində vurulan dərmanlar karlığa səbəb deyil. Çox güman ki, uşağın anadangəlmə qüsuru olub".

40 il stajı olduğunu deyən həkimin sözlərinə görə, Rəvan Zərbəliyevdən sonra Cərrahiyyə şöbəsində 100-ə yaxın azyaşlı uşaq qasıx yırtığından əməliyyat olunub və onlarda lal-karlıq əlaməti müşahidə olunmayıb. Fakt isə faktlığında qalır. Yaşıdları kimi məktəbə getmək istəyən 6 yaşlı Rəvan səhlənkarlığın qurbanı olub. Günahın kimdə olmasını isə ailə Səhiyyə Nazirliyinə müraciət əsasında təyin olunan ekspertiza rəyindən sonra öyrənə bilər.

Tarix
2013.10.23 / 23:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla