Yuxarı

Ərdoğan Əsəddən əvvəl gedəcək – Dünya mətbuatı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə baş verən korrupsiya istintaqı ilə əlaqədar xəbərlər dünya mediasında yer almağa davam edir.

"Nyu York Tayms" – ABŞ:

"Qanunsuzluq əməliyyatlarında adı hallanan layihələr İstanbulda yoxsulları evlərindən dirdərgin salır. Baş nazir Ərdoğan iqtisadi inkişafa böyük önəm verir. O, üzünü əvvəllər türklərin hökmranlıq etdiyi ərəb topraqlarına çevirdi və iqtidarının simvolu olan əmlak layihələrinə üstünlük verdi. Amma indi daha da böyüyən korrupsiya əməliyyatı ilə bu layihələr iqitdarın çöküşünün toxumları ola bilər".

"BBC Türkcə" – İngiltərə:

"Ərdoğan üçün 2013-cü il "xarici qüvvə" ili oldu. Lakin Baş nazir, bəzi vətəndaşların hökumətlə əlaqədar problemlərinin ola biləcəyi ehtimalını dəyərlərndirməyi bacarmadı. Müxalifət Baş naziri sadə vətəndaşlarla münasibəti itirməkdə günahlandırır və onun on ildən də çox iqtidarda qalan liderlərdə görülən "hədsiz kin sindromu"na yoluxduğunu deyir".

"Qardian" – İngiltərə:

"Gülən hərəkatı və AKP arasındakı gözlənilməz müharibə modern Türkiyənin cansıxıcı portretini çəkir. Dərin dövlət bu həftə dərinlərdən su üstünə çıxaraq, sadəcə, Baş naziri deyil, Türkiyənin çətinliklə qazanılmış modern cəmiyyət şöhrətini də təhdid etdi".

"Teleqraf" – İngiltərə:

"Siyasi böhran sərmayəçiləri qorxudur. Türkiyə ulduz ölkədən xəstə adama doğru irəlilədiyi vaxtda lirə kəllə-mayallaq oldu".

"Daily Star" – Livan:

"Bu gedişlə Suriyanın prezidenti Bəşər Əsəd, Ərdoğanın gedişini görə bilər. Korrupsiya skandalı ilə sarsılan AKP hökuməti tənqidlərin hədəfindəki Suriya siyasətinə düzəliş edə bilər. Politoloqlara görə, bəzi hadisələrin nəticəsində Əsəd 2014-cü ildə olacaq seçkiləri uda, Ərdoğan isə iqtidarı itirə bilər".

Tarix
2013.12.29 / 16:59
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla