Yuxarı

Məmurlarımıza sanksiya tətbiq ediləcəkmi? – Reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 23-də Strasburqda Avropa Parlamentinin plenar sessiyasında Azərbaycan haqda iki qətnamə qəbul olunub.

Qəbul olunan birinci qətnamədə ilk dəfə olaraq Dağlıq Qarabağla bağlı "işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə Azərbaycan torpaqlarından çıxarılması" tələb edilir.

Çıxarılan ikinci qətnamədə isə Avropa Parlamenti insan haqlarının pozulmasından bəhs edir və Azərbaycanda 14 siyasi məhbusun qeyd-şərtsiz və dərhal azad edilməsini tələb edir.

Onlar öz imiclərinə ziyan vurur

Qəbul olunan son qətnamə Avropa Parlamenti ilə Azərbaycan arasında gərginliyə yol açıb. Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məsələ ilə bağlı "Axar.az"a danışdı. XİN rəsmisinin fikrincə, Avropa Parlamenti Azərbaycana qarşı qərəzli mövqe tutur və çıxarılan qərarla öz imicini təhlükə altına qoyur:

"Biz hansısa ölkə ilə və ya təşkilatla əməkdaşlıq qururuqsa, o əməkdaşlıqda bərabərhüquqluluq, qarşılıqlı hörmət və şəffaflıq müşahidə olunmalıdır. Gördüyünüz kimi, Azərbaycana bir çox beynəlxalq təşkilatlardan göndərilən müşahidə missiyaları var idi. Onlar dəfələrlə seçkilərin şəffaf və ədalətli keçirildiyini qeyd etmişlər. Hətta Avropa Parlamentinin özünün də müşahidə missiyası seçkilər haqda müsbət rəy bildirmişdir. Təbii ki, Avropa Parlamentinin hazırda ATƏT-in DTİH-bürosunun qərəzli və həqiqəti əks etdirməyən hesabatına istinad edib, öz təşkilatının hesabatına istinad etməməsi təəccüb doğurur və anlaşılmaz hesab edilir. Azərbaycana qarşı bir qrup şəxslər öz qərəzliyini ortaya qoyaraq həmin təşkilatların imicini təhlükə altına qoyur".

"Kürü diplomatiyası" cəfəngiyyatdır

Elman Abdullayev həmçinin avropalı məmurların Azərbaycan hakimiyyəti tərəfindən "kürü diplomatiyası" ilə ələ alınması iddialarına da münasibət bildirdi:

"Tamamilə cəfəngiyyat, absurd və əsassız iddialardı. Beynəlxalq münasibətlər sistemi daimi maraqlar üzərində qurulur. Azərbaycan beynəlxalq təşkilatlar üçün faydalı və maraqlı ölkədir. Regiona edilən səfərlərin təxminən 95 faizi Azərbaycanadır. Belə çıxır ki, bu səfərlərin hamısı "kürü diplomatiyası" ilə həll edilir? Təbii ki, belə deyil. Bu, ölkəmizə olan maraqdan irəli gəlir".

Belə haqlı bəyanatlardan çox olub

Birinci qətnamədə erməni işğalçılarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması məsələsinə də Abdullayev toxundu:

"Bundan əvvəl Ermənistan-Azərbaycan münasibətlərinə dair qəbul olunan bəyanatlarda Azərbaycan haqsız tərəf kimi göstərilirdi? Yəni bu bəyanatlardan çox olub, amma təəssüflər olsun ki, beynəlxalq müstəvidə qəbul olunmuş qətnamələrin icrası həyata keçirilməyib, öz həllini tapmayıb, çünki Ermənistanın qeyri-konstruktiv mövqeyinə beynəlxalq ictimaiyyət göz yumur və onların mövqeyi yalnız kağız üzərində əks olunur. Yəni bu müstəvidə Azərbaycanın yanaşması hansı mövqedə olursa-olsun, ədalətə söykənir".

Elman Abdullayev Azərbaycan məmurlarına qarşı tətbiq edilə biləcək mümkün sanksiyalar barəsində bunları deyib: "Niyə Azərbaycan məmurlarına qarşı sanksiya tətbiq edilməlidir ki? Sanksiya tətbiq olunacaq biri varsa, o da Ermənistan məmurlarıdır. Onlar bir xalqa qarşı soyqırım və qətliam həyata keçiriblər. Avropa ilk növbədə ədalətlilik prinsipini bu yolla qorumalıdır".

Tarix
2013.10.25 / 13:02
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla