Yuxarı

Gəncliyimiz ovuc içində əriyən qar kimi oldu…

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gerçəkləşməmiş arzularından bu dəfə "Yeni Müsavat" qəzetinin redaktoru Azər Ayxan danışır.

- Azər bəy, hər kəs arzu edir, xəyallar qurur. Yəqin ki, siz də… İndi necə, gerçəkləşməyən çoxmu arzunuz var?

- İctimasi-siyasi fəaliyyətlə məşğul olduğumuz üçün bizim arzularımız şəxsi və ümumi planda olur. Əslində insanın arzuları çox olur, bitib-tükənməz. Amma biz şəxsi planda o qədər də çox şey arzulamırıq. Ailəmiz, sağlam övladlarımız olsun, onlar sağ-salam böyüsünlər, yaxşı vətəndaş, savadlı, ağıllı, tərbiyəli olsunlar və s.

Hər bir insan kimi evimizin olmasını arzulamışıq.

O da Allahın köməyi ilə olub.

Təbii ki, insan əziyyətsiz, çalışmadan, işləmədən maddi planda heç nə əldə edə bilməz. Biz də artıqlaması ilə çalışıb öz minimum ehtiyaclarımızı ödəməyə çalışırıq.

Ümumi plandakı arzulara gəldikdə isə burda vəziyyət xeyli qəlizdi.

Bizim bir vətəndaş olaraq ilk arzumuz ölkəmizlə, onun bu günü və sabahı ilə bağlıdır.

- Gerçəkləşməsini istədiyiniz ən böyük arzunuz hansızıdr?

- Ən əsas arzum odur ki, Azərbaycanda heç olmaya bir dəfə halal seçki keçirilsin. Hər şey məhz bu halal seçkidən asılıdır. Ölkəmizdə normal seçki keçirilməsə, şou-biznesdən tutmuş Qarabağ probleminə kimi ən müxtəlif kateqoriyadan olan problemlərimzin həlli müşkül görünür.

Digər ciddi arzumuz Qarabağ və digər işğal altındakı torpaqlarımızla bağlıdır.

Növbəti sırada gələn arzumuzsa,- bu bir qədər uzaq perspektivli arzudur,- Azərbaycanın Güneyi ilə Quzeyinin birləşməsidir.

Azərbaycanda yaltaqlığın, yalançılığın, talançılığın, dövlət səviyyəsində baş verən oğruluğun aradan qalxmasıdır.

Düzdür, bütün bunların reallaşması bayaq dediyim kimi, normal, halal seçkidən asılıdır.

Bir sözlə, bizim şəxsi plandakı arzularımızın əhəmiyyətli hissəsi gerçəkləşib.

Amma təəssüf ki, ümumi planda olan arzularımız elə arzu olaraq qalır və zaman keçsə də, bu arzuların, istəklərin həyata keçməməsi insanı ciddi şəkildə narahat edir.

- Bəs gənclik illərində həyata keçirə bilmədiyiniz arzularınız çoxdurmu?

- Bizim gəncliyimiz ovuc içində əriyən qar kimi oldu. Nə zaman gəldi, nə zaman getdi, bilmədik...

Mənim gənclik yaşım meydanlarda, mübarizələrdə keçdi. Bu, bir qədər pafoslu səslənsə də, gerçəklik budur. O zaman da, indi də ən böyük, qlobal arzumuz Vətənimizin abad olması, millətimizin firavan həyata qovuşması ilə bağlıydı.

Həmçinin Azərbaycanda normal jurnalistika mühitinin olmasını arzulayır, həm də bu istiqamətdə çalışırdıq.

Söz azadlığının tam mənası ilə bərqərar olması istiqamətində digər vicdanlı həmkarlarımızla çalışdıq, vuruşduq.

Qismən də olsa, buna nail olmuşuqsa, çox şükür.

Yəni son 22 ildir ki, bizim ümumi arzularımız şəxsi arzularımızdan ən azı 1 addım qabaqdadır.

Mən və mənim kimi insanlar bilirik ki, ümumi plandakı arzularımız həyata keçməsə, heç kimin şəxsi arzuları tam və keyfiyyətli şəkildə reallaşmayacaq.

- Azər Ayxan olduğu yerdən, əldə etdiklərindən razıdır?

- Allahın təqdiridir. Onun məsləhəti olmasaydı, burda olmazdıq. Amma indiki yerimdən, mövqeyimdən məmnunam.

Ən əsası, saxtakarlıqla, haram işlə, yaltaqlıqla məşğul deyiləm. Doğrunun və haqqın yanında qərar tutmuşuq. Çörəyimiz haqq sözdən, doğru sözdən çıxır.

Bu günümüzə şükür.

Tarix
2013.10.28 / 16:09
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla