Yuxarı

Davudoğlundan Əsədə cavab!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər Naziri Əhməd Davudoğlu Əsədin Türkiyənin müxalif qüvvələrinə kimvəyi silah verdiyi iddialarına cavab verib.

Əhməd Davudoğlu Nikaraqua Xarici İşlər naziri Samuel Santos Lopez ilə görüşündən sonra ortaq mətbuat konfransı təşkil edib.

"Sabah"ın verdiyi xəbərə görə, gündəm məsələləri ilə bağlı çıxış edən Davudoğlu deyib: "Biz dünyanın hər yerində həm kimyəvi silahlar, həm də bioloji, nüvə silahlarının yığışdırılması üçün kampaniyalar aparan bir ölkəyik. Kimyəvi silah insanlığa qarşı cinayətidir. Kim bununla məşğul olursa, kim bu silahı təmin edibsə, istifadə edirsə, insanlıq cinayəti törədir. Türkiyənin mövqeyi açıq və aydındır. Kimyəvi silah tədarükü, istifadəsi insanlıq cinayətidir.

Biz istərdik ki, BMT Suriyada ölümlər bu həddə çatmadan problemi həll edə biləydi. Bu gün əgər 100 min insan ölübsə, bunun məsuliyyəti Suriya rejiminin, lazımlı addımları vaxtında atmayan beynəlxalq cəmiyyətin və BMT-nin boynundadır.

Türkiyə heç vaxt müharibə çağırışı etməyib. Biz, "Müharibəni dayandırın!" -deyirik. Bu müharibənin bədəlini Suriya xalqı və qonşu ölkələr ödəyib. Günahsız insanların itkisinə gətirib çıxaran cinayətlər mühakimə olunmalıdır".

Tarix
2013.10.14 / 11:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla