Yuxarı

David Kameron “qırmızı qutu”su İngiltərəni çalxaladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin dövlət sirlərinin qorunduğu və Baş nazirin sərəncamında olan "Qırmızı qutu"nun nəzarətsiz qoyulması Dumanlı Albionda ciddi reaksiyalar doğurub.

Sərnişinlərdən biri qırmızı qutunun şəklini çəkib və "Deyli Miror" qəzetində çapa verib. Adının çəkilməsini istəməyən sərnişin deyib: "Əgər istəsəydim, qutunu götürüb qaça da bilərdim".

Dauninq-strit (Nazirlər Kabinetinin dəftərxanası) isə bu ittihamları rədd edib. Bildirib ki, qutu nəzarətsiz olmayıb, Baş naziri qoruyan təhlükəsizlik xidməti "qırmızı qutunu" qoruyurmuş.

Şəkil şənbə günü Kinq Krossdan Yorka gedən qatarda çəkilib, Kameron ora baldızının toyunda iştirak etmək üçün gedirmiş.

Qeyd edək ki, 1999-cu il portfelsiz nazir Piter Kilfoyl tərəfindən müəyyənləşdirilən qərara görə qırmızı qutu təkcə fövqəladə hallarda ictimai nəqliyyatla aparıla bilər.

Ceyms Pörnel 2008-ci ilin noyabrında qırmızı qutunu qısa müddətlik nəzarətsiz qoyduğu üçün üzr istəməyə məcbur edilmişdi.

Sabiq Baş Nazir Con Preskot deyib: "Mən Baş nazirin hökumət sirlərinin qayğısına belə etinasız qaldığına təəccübləndim".

Baş nazir isə deyib: "Qutuda Suriya haqqında gizli məlumatlar ola bilərdi. Mən qutunu heç vaxt gözümdən kənara qoymaram. O oğlanınsa müalicəyə ehtiyacı var".

Tarix
2013.09.09 / 10:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla