Yuxarı

Moldovalı ombudsman media nümayəndələri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə Moldovanın ombudsmanı Aureliya Qriqoriu Azərbaycan qeyri-hökumət təşkilatları və mətbuat nümayəndələri ilə görüş keçirib.
"Axar.az"ın "Publika.az" istinadən məlumatına görə, tədbiri giriş sözü ilə açan ATXƏM sədri İlham İsmaylov moldovalı Ombudsmana təşəkkürünü bildirib.
Daha sonra tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova qeyd edib ki, Azərbaycanın ən ağrılı yarası Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlıdır: "Aureliya həm boyük cəsarət göstərşdi, həm də ombudsmana məxsus bir hərəkət etdi. Bu gün biz Aureliya xanımı yüksək dəyərləndirməkdə haqlıyıq və Aureliya xanıma öz təşəkkürümü bildirik".
A.Qriqoriu isə bildirdi ki, nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur, bu problemin həlli istiqamətində işlər daha da aktivləşdirilməlidir.
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü Fərhad Bədəlbəyli də çıxış edərək Aureliya Qriqoriu Ermənistan parlamentindəki cəsarətli çıxışına görə təşəkkür etdi. O, bir musiqiçi kimi Moldovada Aureliya Qriqoriunun şərəfinə konsert proqramı təşkil edəcəyini bildirdi.
Daha sonra A.Qriqoriuya insan hüquqlarını, xüsusən də Azərbaycan xalqının hüquqlarını müdafiə etdiyinə görə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu və digər QHT-lər tərəfindən bır sıra mükafatlar, o cümlədən ilk dəfə yaradılan "Tarixi İmza" mükafatı təqdim edildi.
Görüş çərçivəsində Muğam Klubda dövlət və hökumət nümayəndələri, millət vəkilləri və ziyalıların iştirakı ilə Moldova ombudsmanının şərəfinə ziyafət veriləcək.
Tarix
2013.11.02 / 16:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts mətbuat konfransı keçirirlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla