Ukrayna ordusu Həştərxan vilayətindəki “Axtubinsk” hərbi aerodromuna zərbələr endirib.
🔥8❤1
🌧 Sabah intensiv yağış yağacaq

🌬 Noyabrın 16-da Bakıda və Abşeronda arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Temperatur gecə 7-9°, gündüz 10-12° isti olacaq.

❄️ Rayonlarda yağıntı, dağlıq ərazilərdə qar gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var.
🙏5❤4✍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🪄"Harri Potter" serialından ilk görüntülər təqdim edilib
❤2
Media və Yayım Şurası:

● Fransadan idarə olunan və Azərbaycana qarşı sistemli dezinformasiya yaymaq üzrə ixtisaslaşmış "YouTube" kanalında Gədəbəy rayonunun Söyüdlü kəndi və ətraf yaşayış məntəqələrinin qızıl hasilatı məqsədilə boşaldılacağı barədə tamamilə əsassız iddiaların yayılması ictimai rəyi manipulyasiya etməyə yönəlmiş növbəti cəhddir.

● Sözügedən materialda uydurma və şayiə xarakteri daşıyan məlumatların dövlət səviyyəsində qəbul edilmiş qərar kimi qələmə verilməsi əhali arasında təşviş yaratmağa yönələn, dövlət qurumlarına ictimai etimadı sarsıtmaq və cəmiyyətdə gərginliyi artırmaq məqsədi daşıyan çoxmərhələli dezinformasiya kampaniyasının tərkib hissəsidir.

● Məsələ ilə bağlı platformaya müvafiq mürafiət ünvanlanıb.
❤4👍1🤮1🤡1
🕯️ Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzun sürən xəstəlik səbəbindən 54 yaşında dünyasını dəyişib. O, noyabrın 15-də müalicə aldığı Milli Onkologiya Mərkəzində vəfat edib. Ehtiram Əliyevin dəfn mərasimi noyabrın 16-da İkinci Fəxri xiyabanda keçiriləcək.
🙏25👍3🤣1
🇺🇸 Tramp Bayden administrasiyasını sərt tənqid edib

❗️ABŞ Prezidenti Donald Tramp bildirib ki, Bayden administrasiyasının Federal Aviasiya Administrasiyasını (FAA) idarə etməsi fəlakət olub:

💬 “Toxunduqları hər şeyi daha da pisləşdirdilər. Böyük məbləğdə vəsait yanlış xərcləndi, köhnəlmiş və nasaz sistem əvvəlkindən də pis vəziyyətə düşdü”.

✈️ Tramp hava hərəkətinə nəzarət sistemlərinin yenilənməsi üçün planlarının hazır olduğunu, lakin Konqresin lazımi vəsaiti təcili ayırmalı olduğunu vurğulayıb.
🤣9❤1🤡1
⚡️Ağstafada mina partlayışı hadisəsi baş verib.

▪️Hadisə rayonun Ceyrançöl ərazisində baş verib.

▪️1986-cı il təvəllüdlü R. Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb. 1982-ci il təvəllüdlü S. Əmrahov isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

▪️Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.(OxuAz)
🙏9❤1👍1😢1🤣1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İndoneziyanın Qərbi Yava və Lampunq əyalətlərində şiddətli fırtına səbəbindən təxminən 600 evə ciddi ziyan dəyib.
🙏5🐳3😢2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakıda qızıl mağazasından oğurluq hadisəsi baş verib.
Mağazaya müştəri qismində daxil olan şəxs satıcıdan qızıl istəyib. Daha sonra qızılı ovucuna qoyaraq gizlicə mənimsəyib.
❤5🤬5👍4
🇦🇿 İlham Əliyev televiziya və radio işçilərini təbrik edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍11😱1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Gecə ilə Bakıya qayıtdı, çağırış etdi: Dəhşətli xəstəlik gəlir?
🤡12👎4❤2👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ASELSAN özünün 51-ci ildönümündə yeni hazırladığı "EJDERHA" (Əjdaha) sisteminin raketlərdən istifadə etmədən, eyni anda 51 pilotsuz uçuş aparatını (PUA) uğurla zərərsizləşdirdiyini açıqladı.
Baş direktor Əhməd Akyol öz açıqlamasında bu uğurun dünyada ilk olduğunu açıqlayıb.
O, sistemin “ÇELİKKUBBE” (Polad Günbəz) müdafiə qatının bir hissəsi olduğunu əlavə edib.
❤12👍3
❗️ Bakı və Abşeronda küləyin sürəti 28 m/s-dək güclənib, bəzi ərazilərə qar yağıb

Saat 20:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Kürdəmir, İmişli, Yevlax, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tərtər və Beyləqanda yağış, Xınalıq və Şahdağda isə arabir qar yağır.

Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 24 m/s-dək güclənir.
🙏2❤1
🇪🇪 Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlayacaq

⚠️ Qərarın Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) təxribat planları ilə əlaqəli olduğu bildirilir.

📌 Estoniya XİN-in məlumatına görə, Rusiya kəşfiyyatı ölkənin müdafiə sənayesi müəssisələrindən birinə hücum əmri verib.

🚫 Sərhədlərin bağlanmasında məqsəd Rusiyanın təxribat fəaliyyətlərini məhdudlaşdırmaq və beynəlxalq sanksiyalardan yayınmanın qarşısını almaqdır.
👍7❤1
⚡️⚡️Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatı:

● Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur.

● Aidiyyəti qurumlar tərəfindən bu hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlər görülür.
😁2❤1👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Berlin metrosunda polislə Fələstin tərəfdarlarının da qoşulduğu “Gen Z regelt” (“Z nəsli idarə edir”) yürüşünün iştirakçıları arasında şiddətli toqquşmalardan görüntülər yayılıb.
🎉4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Güclü külək səbəbilə Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova 207 ünvanında ağacın aşması nəticəsində İsgəndər İsmayılova məxsus yaşayış evinin ön hissəsi eləcə də kommunal xidmətləri tamamilə yararsız hala düşüb.

Əraziyə FHN-nin xüsusi xilasediciləri cəlb olunub. Evidəki şəxslər təxliyə edilib.
❤3🙏3🤣1
Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var.
Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzor oğlu Əmrahov isə onun xalası oğludur. 
Zərərçəkən Qazax Diaqnostika Mərkəzinin cərrahiyyə şöbəsinə yerləşdirilib, tibbi yardımlar davam etdirilir.
🙏6👍1🤣1