Dəniz kənarında tapılan quş cəsədlərində heyvan xəstəliyi aşkarlanmayıb
“USS Gerald R. Ford” aviadaşıyıcısı artıq Yaxın Şərqdədir…
🤬54🤣2
Media is too big
VIEW IN TELEGRAM
Ukrayna ilə Rusiya arasında danışıqların yeni raundu ehtimal ki, 26–27 fevral tarixlərində keçirilə bilər. Bunu Ukrayna rəsmisi Budanov təsdiqləyib.

Bundan əvvəl Rusiya KİV-i görüşün 26 fevralda Cenevrədə baş tutacağını bildirmişdi.
⚡️Baş Prokurorluq:

● Ailə institutunun müqəddəsliyini sarsıdan, ailədaxili münasibətlərin təhrif edilmiş görüntülərini tirajlayan və normal ünsiyyət etikasına sığmayan ifadə tərzi nümayiş etdirən hallar kəskin hüquqi reaksiya doğurur.

● Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda:

● ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsi;

● əxlaqsız ifadələrin səsləndirilməsi və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsi;

● insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi ciddi inzibati məsuliyyət yaradır.

● sözügedən maddənin tələblərini pozaraq mənəviyyatı təhqir edən hərəkətlərə yol vermiş 6 nəfər müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib.
8
Rusiyada Vladivostokdan Xabarovska uçan sərnişin təyyarəsi təcili eniş etmək məcburiyyətində qalıb.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, təyyarədə 74 sərnişin olub.

Təyyarənin hidravlik sistemində nasazlığın olduğu bildirilir.
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸Donald Tramp süni intellekt tərəfindən hazırlanmış, Olimpiadada kanadalılarla təkbaşına “hesablaşdığı” videonu paylaşıb

Videogörüntüdə o, hətta onlardan birinə də yumruq atır.
😁8
Hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;
8. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
9. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
10. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
13. Fətəli xan Xoyski prospekti, "Gənclik" metro stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində;
14. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
15. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
16. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
17. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
18. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
19. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
20. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
21. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;
22. Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
1
Ramazanın beşinci gününün iftar duası

ALLAH ORUCUNUZU QƏBUL ELƏSİN!
5🙏4
Paytaxtda yerləşən "Şah Palace" restoranında tüstülənmə hadisəsi baş verib.

Məlumata görə, hadisə yerinə FHN əməkdaşları cəlb olunub
2👍1
ABŞ-nin Livandakı səfirliyi regionda gərginliyin artması fonunda ehtiyat tədbiri olaraq onlarla əməkdaşını təxliyə edib.

Bu barədə xarici KİV məlumat yayıb.
🤬1
❗️Keçmiş müstəntiq Müşfiq Abbasov internetdə yayılması qadağan edilən məlumatları paylaşdığına görə inzibati qaydada 15 sutka həbs edilib. - Baş Prokurorluq
1