Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
✔
29.9K subscribers
45.5K photos
27.3K videos
8 files
35.1K links
Download Telegram
Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
❤4🤮2
⚡️Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb
👍7🤬3👌1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə Türkiyə ilə bağlı diqqətçəkən açıqlama verib.

Paşinyan çıxışında uzun illər erməni cəmiyyətində türklərə qarşı qorxu yaradıldığını bildirib.

O, ötən həftə COP31 tədbiri üçün Antalyaya səfər etdiyini xatırladaraq, türklərlə bağlı təəssüratlarını bölüşüb.

“Bizi daim "Türk, Türk, Türk" deyərək qorxudublar. Ötən həftə COP31 üçün Antalyaya getdim. Hamısı mələk kimi insanlardır”, – deyə Paşinyan bildirib.
❤15
Litvanın XİN rəhbəri siyasi məsləhətləşmələr aparmaq üçün gələn həftə Azərbaycana səfər edəcək.
👍3
⚡️ Şad xəbər: 8 Noyabr prospekti açıldı

🚗 8 Noyabr prospektində AFFA-nın qarşısında Keşlə yağış kollektorunun bərpası ilə bağlı aparılan asfaltlama işləri başa çatıb.

✅ İşlərin yekunlaşmasından sonra prospektdə avtomobillərin hərəkəti bərpa olunub.
👍3❤1
🥀Ordubadda ər-arvad eyni gündə vəfat etdi

Hadisə rayonun Gilançay kəndində qeydə alınıb.

Belə ki, həyat yoldaşının vəfatından sonra ağır sarsıntı keçirən qadın da dünyasını dəyişib.

Onların hər ikisi bu gün Gilançay kəndində dəfn olunacaq.
🕊7🙏3😢1🤣1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ağdaş rayonunun Heydər Əliyev prospektində yollar bərbad vəziyyətdədir.
👍7❤1
🇦🇿🥋 Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionatında qızıl medal qazanıb.

● O, finalda son Paralimpiya çempionu, israilli Asaf Yasuru məğlub edərək dünya çempionu olub.
❤9👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨🚨🚨Bakıda avtobusda insident: Sərnişin şüşəni təpiklə sındırıb qaçdı

Bakıda sərnişin 65 saylı marşrut avtobusunun şüşəsini sındırıb və hadisə yerindən qaçıb.

Oxu.Az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Yasamal rayonunda baş verib.

Belə ki, 99-JP-013 dövlət nömrə nişanlı avtobusda sərnişin sürücüdən nəqliyyat vasitəsini dayanacaqdan kənarda saxlamağı tələb edib.

Sürücü avtobusu növbəti dayanacaqda saxlayacağını bildirdikdə sərnişin avtobusun ön qapısının şüşəsinə təpik ataraq onu sındırıb, həmçinin salondakı elektron ödəniş cihazına zərər vurub və hadisə yerindən qaçıb.

Hadisə avtobusun müşahidə kameraları tərəfindən qeydə alınıb.
🤬2🤮2🤣2👀2
❕Yaxın zamanlarda Vyetnamın Azərbaycanda səfirliyi açılacaq.
❤2
⚡️İlham Əliyev: Mənim ölkənizə sonuncu səfərimdən 10 ildən artıq vaxt keçib və mən bir çox dəyişikliklərin şahidiyəm. Ölkənizin sosial və iqtisadi inkişafında bütün nailiyyətlər, həmçinin beynəlxalq arenada böyük uğurlarınız münasibətilə Sizi təbrik edirəm.

Siz ikitərəfli gündəliyimizin çox önəmli məsələlərinə toxundunuz. Münasibətlərimizin tarixi boyunca ölkələrimiz arasında yüksəksəviyyəli həmrəylik və dostluq mövcud olub. Siz Vyetnam Prezidentinin 1959-cu ildə Azərbaycana səfərini qeyd etdiniz. Prezident Ho Şi Min əziz qonaq kimi qarşılanmışdı. Azərbaycan xalqı sizin müstəqillik və azadlıq uğrunda mübarizənizi, xalqınızın işğal dövründə göstərdiyi qəhrəmanlığı qətiyyətlə dəstəkləyib. 2020-ci ildə ərazimizin işğaldan azad edilməsi uğrunda müharibə zamanı biz Vyetnam xalqı və Hökuməti tərəfindən eyni həmrəyliyi gördük, siz bizə güclü dəstək göstərdiniz, o cümlədən BMT Təhlükəsizlik Şurasında.
❤3
⚡️DYP:

· Noyabrın 21-də saat 23:00-dan noyabrın 22-si saat 05:45-dək metronun “Koroğlu” stansiyasından Hava limanı istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

· Məhdudiyyət yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işləri ilə əlaqədardır.

· Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
❤2
Arzu Əliyeva və Leyla Əliyeva Hanoyda
❤2
🇦🇲Ermənistanın yeni Konstitusiyasının layihəsi bazar ertəsi dərc olunacaq, Paşinyan xalqa müraciət edəcək
❤2