Yuxarı

Mir Şahindən "Uğursuz Əkrəm Əylisli hekayəsi" - VİDEO

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elə yanğılar da olur ki, onlar elə-belə sönmür. Bu yanğınlar bəzən bir insanı, sonra onun ətrafını qarsır. Yanğın ocağı yazıçı olanda onun yayılma təhlükəsi daha artıq olur. Çünki vərəqlər tez alışır.

...Sizə elə gəlmir ki, Əkrəm Əylisli bu xalqa, bu millətə, bu dövlətə qəsdən öcəşir. Öcəşir ki, kimsə qəzəblənib ona nəsə etsin. Amma niyə?

Niyə axı Əkrəm Azərbaycana ikinci dəfədir ki, çerez Rusiya və çerez rus dili gəlir? Azərbaycanın əsl vətəndaşlarının əsəbləri ilə oynayır. Ya yaşı. Ya da başı ilə bağlı problemlərlə əlaqədar olaraq bir yazıçı kimi diqqəti daha çəkə bilməyən Əkrəm indi deyingən, hamının zəhləsini tökən xərifləmiş qocanı xatırladır. O, artıq yazıçı kimi əldən düşüb. Maraqlı deyil, bədii toxumu bitmir, sonsuzdur, ancaq danışır və yalnız bu yolla yenidən yada düşmək istəyir. İlk baxışdan asan yoldur. Xaricdə səni öz ölkəndə mövcud olan ictimai rəyə qarşı çıxmış bir cəsur kimi tanıyırlar. Sənə acıyırlar, müdafiənə qalxırlar, sən də guya olursan cəfakeş Ermənistanın ekiz tayı..

Amma bu yol həm də təhlükəlidir. Çünki elə bil əcəl səni girləyir, day demirsən ki, başdan xarabın birinin əlinə keçərsən, onun da əlindən bir xəta-zad çıxar və butöv bir dövlət də düşər zibilə. Bəs bu zibil kimə lazımdır? Maraqlı sual deyil, sizcə???

...Əslində Əkrəm Əylislinin "Daş yuxular" romanı yazandan sonra Azərbaycanda rahat-rahat yaşamaqda davam etməsi özlüyündə bir möcüzədir. Dövlətin bağışlamadığı yazıçını, xalq, baxmayaraq ki, onu öz adından artıq məhrum edib, amma bir növ bağışladı. Əkrəm Əylislini cini çıxardığı butılkaya oturtmadı. Bir-iki məzəmməti dolu məqaləyə, bir-iki taziyanə verilişə və bir-iki lax yumurtaya qonaq edilən yazıçının bundan sonra utandığından ölüb yerə girəcəyini, adam içinə çıxmaycağını güman edənlər yanıldılar. Məlum oldu ki, Əkrəm bütün qoca ətlər kimi gec bişir…daş yuxular bu adamın manifesti imiş, vəssəlam.

Əkrəmin bəstə boyunu bəyan edirik.

Əkrəm Russkiy reportyor vasitəsilə bizdən soruşur: "Harda görmüsünüz yazıçı vətənpərvər ola?". Cavab veririk. Əvvəla, Əkrəmin son zamanlar şübhəli şəkildə sevməyə başladığı Rusiyada. Əkrəmin ən çox tərcümə etdiyi Şukşinin bütün yaradıcılığı vətənpərvərlik hisslərinin sərgisidir. Soljenitsın böyük rus millətçisi kimi Sovet İttifaqına qarşı çıxmışdı. "Vətənpərvərlik" əsərinin müəllifi, böyük yapon yazçısı Yukio Misima isə vətən naminə hətta xarikiri etmişdi.

İ

ndi isə Azərbaycanın vətənpərvər yazıçılarından bir-ikisini xatırladaq. Ciyərlərini xalqına qurban kəsən Mirzə Ələkbər Sabir… Mirzə Cəlil… yeri gəlmişkən, tez-tez Mirzə Cəlildən sitat gətirən Əkrəm unudur ki, Mirzə Cəlil Əkrəm qədər bu millətin imtiyazlarına malik deyildi, Mirzə Cəlil deputat təyin olunmamışdı, yəni parlaman üzvü olanda bir, millət vəkilliyindən çıxarılandan sonra inciyərək başqa bir mövqe qırıllatmırdı… Mirzə Cəlil Əkrəm Əylisli kimi prezident təqaüdü almırdı, bir qarın çörək pulunu hamamda kassirlik etməklə qazanırdı.

Əkrəm Əylisli son müsahibəsində bir qədər də irəli gedərək azərbaycanlıların demək olar ki, hamısının birləşdiyi nöqtəyə daha sərrast zərbələr endirir. Qarabağ probeminə ümumxalq yanaşmasına. "Referendum keçirilsə görərsiniz ki, azərbaycanlıların böyük əksəriyyəti ermənilərlə münasibətlərin normallaşmasını istəyir" deyə. Şübhəli şəkildə Ermənistanın rəsmi ideologiyası ilə üst-üstə düşən bu bəyanatı Əkrəmin beyninə kim ötürüb? Hardan çıxıb bu nəticə? Azərbaycanda iki ildir ki, yaşayan, bir müşahidəçi kimi sadəcə görüb hiss etdikləri əsasında müəyyən qənaətə gələn Riçard Morninqstar etiraf edir ki, getdyii hər yerdə hamı bir ağızdan ondan Qarabağın nə vaxt qaytarılacağını soruşur. Bu isə ona aydın mesajdır ki, Azərbaycandca hamı Qarabağın Azərbaycana qaytarılmasını istəyir. Ermənilər isə bu tələblə qətiyyən razı deyillər. Deməli, belə çıxır ki, azərbaycanlılar bu problem həll olunmayınca ermənilərlə normallaşma istəməyəcək. Əkrəm isə buyurur ki, referendum olsa, azərbaycanlıların mütləq əksəriyyəti ermənilərlə dostlaşmaq istəyər. Bu kimin tapşırığı və sifarişidir, Əkrəm Əylisli? Bağışlayın məni, amma siz artıq peşəkar provakatorluq edirsiniz. Doğrudanmı yaşınızın bu vədəsində sizi erməni azərbaycanlı dostluğunun aqibəti sabah, birisi gün harda, hansı torpaqda dəfn olunacağınızdan daha çox düşündürür?!

Özü də "ermənilər və azərbaycanlılar torpaq üstündə vuruşur, amma bu torpaq heç kimə lazım deyil" deyəndən sonra, nəyə bel bağlayırsınız? Amma torpaq dövlətin altıdır, dövlət onun üstündə qurulub, onu quran insanlar arasında 10 minlər olub ki, sadəcə ölüblər! Və öldüklərinə görə də sizin cavabınızı verə bilmirlər.

Torpaq Əkrəmə lazım deyil. Bəs o harda dəfn ediləcəyini güman edir. Yandıracaqlar cəsədini, yoxsa Ben Laden kimi sulara tapşıracaqlar?!

…Əkrəm artıq öz yolunu müəyyən edib.

Onun beynində sərt cızıq var və Əylisli öz cızığından çıxmağa ehtiyat edir. Bu cümləyə fikir verin: "Nə Əliyev, nə də Putin torpağın sahibi deyil. Onlar sərvətin və neftin müdirləridir". Əylisli Sarqsyanın hətta adını belə çəkmir. Doğrudanmı, anti xalq, biistiqlal və bişöhrət yazıçının şübhəli öhdəliyi vətəndaş borcundan daha artıqdır. Ola bilər, əlbəttə ola bilər ki, Əkrəmin nənəsi və anası ona ermənilər haqqında ancaq yaxşı şeylər danışsın. Amma onlar bir qadın kimi gördüklərinin, hiss etdiklərinin, xoşlandıqlarının təsiri altında da ola bilərdilər. Amma Əkrəm pis şeyləri , yaxın tarixi, ermənilərin azərbaycanlıları təkcə elə Xocalıda qırıb-çatdığını dəqiq xatırlamalıdır?!
Və bütün baş verənlərdən sonra deyəsən bəzi mətləblər anlaşılır. Gəlin xatırlamağa çalışaq. Azərğaycanda yeni müxalifətçilik dalğası kimləri üzə çıxardı. Peşəkar siyasətçiləri yox- ziyalıları. Neft Akademiyasının müəllimi Rafiq Əliyevi, yazıçı Rüstəm İbrahimbəyovu, tarixçi Cəmil Həsənlini, yazıçı Əkrəm Əylislini… oxşar hadisələr post sovet məkanının yeni inqilabi dövründə baş verirdi. Qırğızıstanda hakimiyyətə gələn qüvvələr də, Gürcüstan prezidenti də elmi keçmişə malik olmaqla siyasi keçmişdən məhrumdurlar. Ali məktəb müəllimləri və rektorlar. Sizə elə gəlmirmi, taktika dəyişir və bu dəfə təqdim olunan hazır modellər başqadır. Azərbaycan isə hələ ki, bu modellərin hər birini zərərsizləşdirə bilir. Burda nə milyarderlər təsisatı bir şey edə bildi, nə Cəmil Həsənlidən iki illik Bidzina İvanişvili düzəltmək mümkün oldu, nə də Qırğızıstanda manası amerikalılardan alaraq Rusiyanın arzularına uyğunlaşdıran professorların Azərbaycanda tutarlı kolleqalarını tapa bildilər.

Beləliklə, dövlət güclü çıxdı. Amma hələ hər şey bitməyib. Baş verənlər Azərbaycanda kimlərinsə böyük repitisiya keçdiyini düşünməyə əsas verir. 2015-ci ilin parlament seçkiləri ərəfəsində.
Əkrəm Əylisli isə bir az əvvəl adlarını çəkdiyim şəxslərdən yalnız biridir və o öz üzərinə düşən işi yerinə yetirir. Onun tapşırığı bəlkə də elə günlərin bir günü hansısa beyni qanlının əlində ölməkdən ibarətdir. Dövlət isə bunları qabaqcadan görməli və uyğun addımlar atmalı, Əkrəmi , nə qədər qəribə səslənsə də qorumalıdır. Ona görə yox ki, Əkrəm Əylisli Azərbaycana lazımdır… əksinə. Ona görə ki, o Azərbaycana lazım deyil. Nə dirisi, nə də ölüsü ilə. Hər iki halda baş ağrısıdır.

...madam ki, elədir…

…dirisini qoruyaq, leş iyi daha çox başağrıdır ("Anspress")

Tarix
2013.11.17 / 23:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla