Yuxarı

Berti Foqts daha dörd il millidə - ÖZƏL

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan milli yığma komandasının baş məşqçisi Berti Foqts daha dörd il yığmaya rəhbərlik edəcək.

Bu barədə "Axar.az"a AFFA icraiyyə komitəsində təmsil olunan üzvlərdən birinə yaxın olan mənbə məlumat verib. Mənbənin bildirdiyinə görə, artıq icraiyyə komitəsi AFFA-nın baş katibi Elxan Məmmədovdan lazımı tapşırıqları alıb və alman məşqçinin baş məşqçi postuna rəsmiləşməsi komitənin toplanışında formal xarakter daşıyacaq.

Qaynağımız onu da bildirir ki, AFFA daxilində Berti Foqtsun təyinatı uzun mübahisələrə yol açıb. Azərbaycan Futbol Federasiyasının Prezidenti Rövnəq Abdullayev daha çox yerli məşqçinin millinin baş məşqçi postuna gətirilməsinin tərəfdarı olub. Hətta seçmə mərhələsinin ortasında Abdullayev jurnalistlərə açıqlamasında yerli məşqçiyə üstünlük verəcəkləri barədə fikir bildirmişdi. AFFA prezidentinin istəyi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu milliyə baş məşqçi təyin etmək idi.

Federasiya daxilində isə Berti Foqtsun tərəfdarı olan qruplaşmaya vitse-prezident Elşad Nəsirov başçılıq edir. Nəsirov ümumiyyətlə milliyə daha çox əcnəbi məşqçinin təyin olunmasının tərəfdarıdır. Ölkə prezidenti İlham Əliyevin qrup yoldaşı olan Nəsirovun federasiya daxilində böyük nüfuza sahib olduğu bildirilir. Seçmə mərhələnin son iki oyununda Şimali İrlandiya üzərində qalibiyyət və güclü Rusiya üzərində qazanılan bir xal Berti Foqtsun daha dörd il milli komanda da qalmasına şərait yaratdı. Elşad Nəsirov - Rövnəq Abdullayev çəkişməsində isə birincinin qələbəsini rəsmiləşdirib.

Tarix
2013.11.21 / 20:00
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla