Yuxarı

Aydın Bəşirovu geri qaytardılar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv olunan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirovu Bakı Beynəlxalq Hava Limanından geri qaytarıblar. Sabiq CASPAR şefi Almaniyaya gedirmiş. Hava alanında saxlanan A.Bəşirov ağır xəstə olduğunu və Almaniyaya müalicəyə getdiyini söyləsə də, onu eşidən olmayıb. A.Bəşirova deyiblər ki, əmr yuxarıdan verilib, dekabrın 22-nə qədər ölkədən çıxmasına qeyri-rəsmi qadağa var.

"Axar.az" "Yeni Müsavat"a istinadən xəbər verir ki, buna görə də A.Bəşirov aeroportdan geri qayıtmalı olub. Hava limanında əsəbiləşən A.Bəşirov bir neçə saat sonra Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Sabiq rəisin hazırda həmin xəstəxanada müalicə olunduğu bildirilir.

Qeyd edək ki, bu il oktyabrın 22-də prezident İlham Əliyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının ləğv edilməsi və onların əsasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yaradılması haqda sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri təyin edilib. Bu sərəncam Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin uzun illər rəisi olan Aydın Bəşirovun tutduğu postun itirilməsinə səbəb olub.

Bundan sonra Baş Prokurorluq ləğv olunan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus "İslam Səfərli" yük gəmisində yol verilmiş qanun pozuntularına dair Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırmaların başlandığını açıqlayıb.

Yük gəmisinin kapitanı Həşim Həsənov, gəmi kapitanının köməkçisi Səyyad İbadullayev barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 206.3.2 (qaçaqmalçılıq) və 206.3.3-cü maddələri ilə cinayət işi başlanıb. Hər iki şəxs həbs olunub. Hazırda da bu iş üzrə istintaq davam etdirilir.

"İslam Səfərli"nin kapitanı, köməkçisi və heyət üzvləri Rusiya sularında neft məhsullarının oğurlanmasında, daşınmasında ittiham edilirlər. Bu cinayət işinin tam və hərtərəfli araşdırılması kifayət edir ki, Aydın Bəşirovu cinayət məsuliyyətinə cəlb etsinlər. Gələn məlumatlar onu deməyə əsas verir ki, bu fakt araşdırılmasa belə, sabiq rəis istintaqçıların sorğu-suallarını cavablandırmalı olacaq.

Belə ki, A.Bəşirovun tutduğu posta təyin edilən Rauf Vəliyevin təhvil aldığı qurumda ciddi yoxlamalar başlatdığı barədə məlumatlar var. Qurumdakı qaynağımız deyib ki, təhvil-təslim prosesində hər bir sənəd çox diqqətlə araşdırılır, gəmilərdə və quruma aid bütün obyektlərdə yoxlamalar aparılır. Ən ciddi məqam isə R.Vəliyevin bütün toplanan faktları ölkə rəhbərliyinə təqdim etməsi ilə bağlıdır. Bildirilir ki, R.Vəliyev bu posta təyinatının 2 ayı dekabrın 22-də tamam olur. Həmin gün o, bütün toplanan korrupsiya faktlarını prezidentə təqdim edəcək. Bu təqdimetmədən sonra A. Bəşirovun durumu yaxşı olmayacaq. Yəqin ki, R.Vəliyevin hazırladığı qovluqdakı hər bir sənəd cinayət işlərində qırmızı xətlə keçən epizodların əsasını təşkil edəcək. Bundan başqa, A. Bəşirovun üzərinə bu il avqustun 4-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin ləğv olunan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Naftalan" tankerinin Rusiya tərəfindən geri alınması öhdəliyi də qoyulacaq. Xatırladaq ki, Rusiya FTX-nin yaydığı rəsmi məlumatda qeyd edilirdi ki, tankerdə oğurluq neft olub. Rusiya tərəfi iddia edir ki, neft Rusiyanın "LUKoil" şirkəti tərəfindən Xəzər dənizinin Həştərxan şelfindən hasil olunub və Bakı-Novorossiysk kəməri ilə nəql olunmaq üçün nəzərdə tutulub. Tankerin kapitanı Asif İsmayıl oğlu Məhərrəmov və köməkçisi Ülvi Nobel oğlu Sultanzadə bu gün də Mahaçqalada həbsdədir. Tanker Mahaçqala dəniz limanına çəkilərək nəzarət altında saxlanılır. Heyət üzvləri də faktiki girov vəziyyətindədir. Tankerin saxlanılmasından sonra belə məlumatlar da vardı ki, Rusiya tərəfi tankerin və heyət üzvlərinin azad edilməsi üçün A.Bəşirovdan 5 milyon dollar tələb edir. A.Bəşirov isə bu məbləği ödəməkdən yayınırdı.

"Naftalan"ın saxlanılmasından sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə idarəsində neft oğurluğu faktına görə Rusiya Cinayət Məcəlləsinin 226.1 - strateji əhəmiyyətli yüklərin qaçaqmalçılığı maddəsi ilə cinayət işi başlanıb. Gəmidə olduğu kimi gəmiçilik idarəsində də bütün "çp"lərə kapitan cavab verir. Gələn məlumatlar da onu deməyə əsas verir ki, A.Bəşirovun gəmisi artıq batıb.

Tarix
2013.11.22 / 09:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla