UP

Axar.az Azərbaycanın bir neçə informasiya portalında keçidi olan “Seçki 2020” onlayn səsvermədən imtina edir.

Buna səbəb isə səsverməyə kənar müdaxilələrin olması, proqramın çalışma mexanizmində qüsurların aşkarlanması, sorğuya cavabdeh şəxslərin işinin öhdəsindən gələ bilməməsi və bunun nəticəsində obyektivliyin şübhə altına düşməsi, səsvermənin kimlərinsə maraqlarının ifadəsinə çevrilməsidir.

“Seçki-2020” onlayn səsverməsinin saytımızda yerləşdirilməsində məqsədimiz seçki ab-havasını canlandırmaq, namizədlər arasında rəqabət mühitini stimullaşdırmaq idi. Təəssüf ki, bəzi namizədlər hansısa yolla öz səslərini süni şəkildə artırmaq yolunu tutdular və kimlərsə bu məsələdə onlara yardımçı oldu. Bu isə ədalətli rəqabət arzulayan namizədlərin və seçicilərin haqlı narazılığına səbəb oldu.

Xocalı soyqırımı — 1992-ci il Bağla
Bize yazin Bağla
ArxivBağla