Yuxarı

Ərdoğan: “Kərbəla zülmə müqavimət dərsidir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Məhərrəmlik ayı ilə bağlı keçirilən ehsan süfrəsində iştirak edib.

"Axar.az"ın Türkiyə saytlarına istinadən məlumatına görə, Ərdoğan mərasimdə Kərbəla və Həzrəti Hüseyndən danışıb:

"Kərbəladan və Hz. Hüseynin şəhadətindən heç kim nifaq çıxara bilməz. Hz. Hüseyn hamımızın şəhidi, hamımızın qəhrəmanıdır. Mənim bir qayınımın adı Həsən, o birinin də adı Hüseyndir... İndi də bir nəvəm gəlir, adı Əli olacaq", - deyə Ərdoğan bildirib.

"Kərbəla bizə verilmiş qardaşlıq dərsidir" – deyən Baş nazir kimlərinsə üstünə bomba bağıayıb, içlərində uşaqların, qadınların olduğu məscidləri partlatmasını qınayıb: "Bunu edənlərin özlərini şiə, ya da sünni adlandırmasının heç bir fərqi yoxdur; ibadət edən insanları öldürmək insanlığa sığarmı? Biz hansı məkanda, hansı ölkədə olursa-olsun, yeni kərbəlalar yaşamaq istəmirik. Məscidlərdə bombaların partladığını eşidəndə qollarımız yana düşür, kədərlənirik. Kərbəla bizimçün, özünə müsəlman deyən hər kəs üçün tariximizdəki ən ağrılı dərsdir. Kərbəla zülmə müqavimət dərsidir. Kərbəla bizə qanla verilmiş qardaşlıq dərsidir".

Tarix
2013.11.12 / 00:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla