Yuxarı

Eldar Namazovun pul vədinə Aynur Elgünəşdən cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Eldar Namazov doğru deyir, mən yanlış olaraq tədbirin Marşal Fondunun dəstəyi ilə keçirildiyini demişəm. İndi sənədlərə baxıram ki, tədbir Ebert Fondunun dəstəyi ilə keçirilibmiş".

Bu sözləri jurnalist Aynur Elgünəş Eldar Namazovun "Axar.az"a açıqlamasında toxunduğu məsələyə münasibət bildirərkən dedi. Jurnalist xanım həm də bildirdi ki, Eldar Namazovun təklifi ilə tədbirin stenoqramını hazırlayıb və kitab halına gətirib:

"Eldar müəllim demişdi ki, kitab Marşal Fondunun dəstəyi ilə dərc olunacaq. Mənim buna görə yadımda tədbir təşkilatçısının Marşal Fondu olduğu qalıb. Ancaq vəsait tapılmadısa və kitab dərc olunmadısa, bunun mənim zəhməthaqqıma nə dəxli var?".

A.Elgünəş E.Namazovun yardım vədlərinə də toxundu: "Kimə yardım etməsinin mənə aidiyyəti yoxdur. O, E.Fətullayevin müdafiə komitəsinə yardım edəndə mən artıq orda çalışmırdım, başqa yerdə işləyirdim".

Aynur Elgünəş E.Namazovun "Axar.az"dakı təklifinə də münasibət bildirdi:

"Eldar müəllim bildirib ki, əgər o tədbirin stenoqramını sizə təqdim etsəm, pulu verməyə hazırdır. Sanki bununla demək istəyir ki, mən yalan deyirəm, tədbirin stenoqramını hazırlamamışam. Yəqin düşünür ki, həmin materialı artıq kompüterdən silmişəm. Ancaq Eldar müəllim səhv edir, material məndədir və Eldar müəllimin mənim haqqımda səhv məlumat yaydığını nəzərə alaraq, onu sizə təqdim edirəm".

Xatırladaq ki, mübahisə Aynur Elgünəşin Novxanıda keçirilən tədbirin stenoqramını hazırlaması barədə Eldar Namazovdan sifariş aldığını, ancaq işi görsə də, pulunun verilməməsi ilə bağlı açıqlamasından sonra yaranıb. Eldar Namazov "Axar.az"a müsahibəsində bildirmişdi ki, Aynur Elgünəş sözügedən tədbirin stenoqramını redaksiyamıza verərsə və biz onu dərc edəriksə, 30 dəqiqədən sonra jurnalistə çatan pulu ödəyəcək.

Aynur Elgünəş Ziyalılar Forumunun Novxanıda keçirilən təsis toplantısının stenoqramını artıq redaksiyamıza təqdim edib. Həmin stenoqramın mətnini "pdf" formatında təqdim edirik və Eldar Namazovun vədinə əməl etməsini gözləyirik.

Novxani.pdf

Tarix
2013.11.14 / 14:47
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla