Yuxarı

Bzejinski Putinin məqsədlərini açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi Zbiqnev Bzejinski Vladimir Putinin SSRİ-nin bərpası barədə planlarından danışıb.

Bzejinski bu yolda Rusiya prezidentinin ilk şikarının məhz Ukrayna olduğunu açıqlayıb. MSNBC telekanalında çıxışı zamanı o, hazırda Rusiyaya qarşı tətbiq olunan sanksiyaları olduqca yumşaq təsirli tədbirlər adlandırıb: "Məqsədinə çatmaq üçün Putin mümkün təzyiqlərdən istifadə edir. Onun məqsədi keçmiş Sovet İttifaqını başqa adla bərpa etməkdir. Fikirləşirdi ki, Yanukoviç kimi qulunun timsalında arzuladığına çatacaq. Lakin hadisələr əks istiqamətdə cərəyan etdi. Ukrayna xalqı öz sözünü dedi və Yanukoviç taxtından devrildi. Doğrudur, hazırkı hökumət hələ qeyri-sabit fəaliyyət göstərir. Təbii ki, burada Putinin də rolu var. Ancaq o, ukraynalıların iradəsini sındıra bilmədi. Bunu görən Putin Krımı işğal etməyə qərar verdi".

Bzejinski əlavə edib ki, Putin Ukraynanı hissə-hissə özünə birləşdirmək istəyir: "Krımda olduğu kimi, böyük ehtimalla o, maskalı banditləri diğər vilayətlərə də göndərməyə cəhd edəcək. Ona görə də, Qərb sanksiyaları sərtləşdirməli, lazım gələrsə, Ukraynanı silahla təmin etməlidir".

Bzejinski sonda bildirib ki, Estoniya, Gürcüstan, Moldova və Latviya kimi ölkələr də risk zonasındadır.

Xatırladaq ki, Krımda keçirilən referendumdan sonra Rusiyanın yarımadaya yönəlik mövqeyini Ermənistan, Qazaxıstan, Çin, Venesuela və Suriya dəstəkləyib. ("Aktual.az")

Tarix
2014.03.21 / 15:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla