Yuxarı

İran təkrar edamdan imtina etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Milliyet"in xəbərinə əsasən, İran Ədalət Nazirliyi, barəsində edam cəzası tətbiq olunması üçün asılan, ancaq sonra yaşadığı aydın olan məhkumun yenidən asılmasına gərək olmadığını açıqlayıb.

Vəkillər, asıldıqdan sonra meyitxanada yaşadığı məlum olan məhkumun yenidən asılmasına maneə törətmək məqsədiylə cəhdlər edib.

ISNA xəbər agentliyi, Ədalət Naziri Mustafa Pormuhammedinin məhkumu ikinci dəfə asmanın İranın imicini zədələyəcəyini söylədiyini bildirib.

Narkotik qaçaqçılığı üzrə cinayət günahına görə edam cəzasına məhkum olunan 37 yaşındakı Əli Rıza M-in cəzası, ölkənin şimal-şərqindəki Bojnordda olan bir həbsxanada keçən həftə icra edilmiş, ancaq daha sonra meyitxanaya aparılanda edam edilmiş məhkumun yaşadığı aydın olmuşdu. Məhkum 12 dəqiqə asılı qalıb, hətta bir həkim tərəfindən öldüyü təsdiq edilib. Ailəsi səhəri gün cənazəni götürməyə gedərkən Əli Rıza M-in nəfəs aldığını görüb.

Keçən həftə, Beynəlxalq Əfv Təşkilatı, İrana çağırış edərək cəzanın yenidən icra edilməməsi təklifini edib. Beynəlxalq Əfv Təşkilatının Orta Şərq və Şimal Afrika Proqramı Direktoru Philip Luther mətbuata verdiyi açıqlamada: "Bütün bu dəhşəti bir dəfə yaşamış birinin ikinci dəfə asılması qorxuncdur və vəziyyət ölüm cəzasının insafsızlığını və insanlıq xaricində olduğunu bir daha göstərir",- deyib.

Qeyd edək ki, İran dünyada edam cəzasının ən məşhur şəkildə tətbiq olunduğu ölkələrdən biridir.

Tarix
2013.10.23 / 12:32
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla