Yuxarı

Güllələnən rəis müavini təcili Gülhanəyə aparıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bir ay əvvəl qonşusu tərəfindən güllələnən Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərovun səhhəti pisləşib.

"Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, rəis müavinin səhhəti pisləşdiyi üçün o, Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına aparılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, fevralın 23-də saat 20 radələrində Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında həmin qəsəbənin sakini, əvvəllər məhkum olunmuş Gülağa Lətifov münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Paşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. F. Qədirov aldığı xəsarətdən ölüb, digərləri xəstəxanaya yerləşdirilib. Güllə yarası ilə xəstəxanaya daxil olan Yusif Əlipaşayev orada ölüb.

İlkin araşdırma zamanı məlum olub ki, G. Lətifov müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında tikinti işləri aparmağa başlayıb. Onun bu hərəkətləri növbəti dəfə ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub və yaranmış münaqişədə G. Lətifov şəxsi avtomobilində gəzdirdiyi odlu silahdan qəsəbə sakinlərinə bir neçə dəfə atəş açıb. Dərhal hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən oradan 1 ədəd qoşalülə ov tüfəngi və 4 ədəd giliz, habelə G. Lətifovun evinə baxış zamanı 19 ədəd patron aşkar edilib götürülüb.

Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə başlanmış cinayət işi üzrə Bakı Şəhər Prokurorluğunda istintaq aparılır.

Hadisə zamanı güllə yarası alan A. Nəzirov Suraxanı Rayon Polis İdarəsinin rəis müavinidir. Digər yaralı, A. Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşıdır.

Tarix
2014.03.26 / 12:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla