Yuxarı

“Eksperimental Xəstəxana”da rüşvət tələbinin yazısı – Audio

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət xəstəxanalarında rüşvət alma halı ilə bağlı saytımıza gələn şikayətlər əsasında "Eksperimental xəstəxanada rüşvət tüğyanı" adlı reportaj hazırlamışdıq.

Çəkiliş zamanı "Axar.az"ın əməkdaşları adıçəkilən xəstəxanada müayinə və analizlər üçün pul tələb edilməsinin şahidi olmuşdular.

Əməkdaşlarımızın yaxınlaşıb söhbətləşdiyi xəstələr də həkimlərin pul istədiklərini demişdi və pulsuz heç bir xidmətdən yararlana bilmədiklərindən gileylənmişdilər. Ən xırda müayinədən qan təhlilinə qədər, hər şeyin öz qiyməti olduğunun şahidi olmuşduq.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq.

Vətəndaş rüşvət verməsin

Mətbuat xidmətinin əməkdaşı Səbahət Əhmədova bu kimi halların son vaxtlar çox az olduğunu bildirdi və vətəndaşların özlərini aktiv olmağa səslədi:

"Vətəndaş rüşvət verməməlidir. Əgər belə hallara rast gələrsə, qaynar xəttlə əlaqə saxlamalıdır. Qaynar xəttə məlumat daxil olandan sonra bu məlumat öz təsdiqini taparsa, o zaman bu barədə ölçü götürülür. İşdə rüşvət alan həkimi işdən çıxartmaqdan cinayət işinin açılmasına qədər, müxtəlif cəzalar gözləyir. Daha yaxşı olar ki, siz bu barədə Səhiyyə Nazirliyinin "Qaynar xətt"i ilə əlaqə saxlayasınız. Çünki bu cür halların qeydə alınması və araşdırılması ilə məşğul olan qurum odur".

"Qaynar xətt"ə zəng

"Qaynar xətt"ə zəng edərək xəstəxanadakı rüşvətxorluqla bağlı məlumat verdik. Xəstəxanaya nə vaxt getdiyimizi, hansı həkimə müraciət etdiyimizi soruşdular. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi ilə əlaqə saxladıqdan sonra gün ərzində bizi məlumatlandıracaqlarını dedilər.

Bütün günü, hətta daha 3 gün gözləsək də, heç bir cavab gəlmədi.

Baş Prokrorluğun laqeydliyi

Baş Prokrorluğun mətbuat xidmətindən isə məsələyə heç bir rəy bildirmək istəmədilər və Səhiyyə Naziriyinin mətbuat xidməti ilə əlaqə saxlamağımızı, bu məsələnin onların səlahiyyətinə aid olduğunu söylədilər.

İndi bildinizmi ki, niyə dövlət xəstəxanalarında rüşvət tüğyan edir?

P.S. Yeri gəlmişkən, ötən yazımızda Baş həkimin faktı inkar etdiyini və bizi qovduğunu yazmışdıq. Amma biz reportajı hazırlayarkən danışıqları qeydə almışdıq. İndi isə səs yazısını oxucuların ixtiyarına, "Qaynar xətt"in və Baş həkimin hüzuruna təqdim edirik…

Tarix
2013.12.02 / 10:03
Müəllif
Vəfa Nağı
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla