Yuxarı

2013-cü ilin ticarət statistikası açıqlandı – Rəsmi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az" Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən bildirir ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 147 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 101 ölkəyə əmtəə ixrac olunub və 138 ölkədən idxal olunub.

Xarici ticarət dövriyyəsi iştirakçılarının 29-u Amerika, 49-u Avropa, 38-i Asiya və s. ölkələridir.

On ay ərzində xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 36,2 milyard ABŞ dolları təşkil etmiş və 2012-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz artıb. Dövriyyənin 27,3 milyard dolları ixracın, 8,9 milyard dolları idxalın payına düşüb, nəticədə 18,4 milyard dollarlıq müsbət saldo yaranıb.

Ticarət əlaqələrinin 11,6 faizi MDB üzv-iştirakçı dövlətləri ilə, 43,1 faizi Avropa İttifaqı ölkələri ilə, qalan 45,3 faizi isə digər dövlətlərlə qurulub.

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 9,5 faiz artaraq 1,4 milyard dollar təşkil edib.

Adambaşına düşən qeyri-neft məhsullarının ixracı 11,8 dollar artaraq 153,5 dollara bərabər olub.

Tarix
2013.12.05 / 12:16
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla