Yuxarı

Suriyada döyüşən vəhabi Sumqayıtda ələ keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt polisi Suriyaya vuruşmağa gedib, sonradan geri dönən şəxsi saxlayıb.

Məlumat görə, saxlanılan 1988-ci il təvəllüdlü Rasim Bədəlov 6 ay əvvəl Suriyadan qayıdıb. Onun yaşadığı mənzildən "Kalaşnikov" markalı avtomat, əl qumbarası və ekstremist xarakterli dini ədəbiyyat aşkarlanıb. Dindirilmə zamanı tutulan şəxs silah-sursatı Azərbaycanda əldə etdiyini bildirib.

O, Suriyaya Türkiyənin Hatay vilayətindən keçdiyini, bu barədə doğmalarına heç bir məlumat vermədiyini deyib. Rasim Bədəlov Suriyada Əsəd rejiminə qarşı döyüşdüyünü, sonradan isə onların qəddarlağını görüb, bundan qorxduğu üçün geri dönməyə qərar vediyini etiraf edib.

O, səhf yolda olduğunu da boynuna alıb. Rasim Bədəlov idmançıdır və vəhhabi təriqətinə mənsubdur. Saxlanılan şəxsin ötən il Sumqayıtda baş verən sələfi və xəvarici təriqətlərindən olan şəxslər arasında silahlı insidentdə iştirakı da istisna edilmir.

Bu arada Suriyada çeçen millətindən olan bir şəxsin komandanlığı altında azərbaycanlılardan ibarət dəstənin Suriyanın əl-Bab şəhərini ələ keçirdikləri barədə məlumatlar dolaşır.

Çeçen komandirin nəzarətində Qafqaz millətlərindən olan qruplar və xeyli sayda avtomobil var. Bu dəstələrdə keçmiş sovet ölkələrindən 10 mindən artıq mücahid var, Qafqazlıların sayı isə 1000 nəfərdir. Bu dəstələrin döyüşçüləri arasında milli qarşıdurmaların başladığı bildirilir ("Vesti.az").

Tarix
2014.03.24 / 13:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla